Məhəmməd Füzulinin İraqdakı məqbərəsi bərpa olunacaq? - Müzakirəsi gedir 

Mədəniyyət naziri Anar Kərimov Azərbaycanda səfərdə olan İraqın rabitə naziri Arkan Şihab Əhməd Əl Şaibani ilə görüşüb.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, A.Kərimov iki ölkə arasında münasibətlərin tarixi, mədəni və dini bağlar üzərində inkişaf etdiyini vurğulayaraq, həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Nazir İraqın Azərbaycandakı səfirinin işğaldan azad olunan ərazilərə səfərindən bəhs edərkən həmin ərazilərdə mədəniyyətlə bağlı bütün infrastrukturun, eləcə də qəbiristanlıqlar, məscidlər, xristian abidələri və digər məkanların erməni işğalçı qüvvələri tərəfindən məqsədli şəkildə dağıdıldığını diqqətə çatdırıb. 

O, əlavə edib ki, Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə geniş yenidənqurma və bərpa işlərini həyata keçirir. Həmin ərazilərdə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dini-etnik mənsubiyyətindən və xarakterindən asılı olmayaraq bütün inanc yerlərinin qorunduğunu, islam irsi ilə yanaşı xristian abidələrinin, qədim kilsələrin bərpasına başlandığını qeyd edib.

Qəbula görə təşəkkürünü bildirən İraqın rabitə naziri Arkan Şihab Azərbaycan və İraq arasında ikitərəfli münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. 

A.Kərimov görüş zamanı İraqın mədəniyyət nazirinin Azərbaycana dəvət olunması, iki ölkə arasında yeni sazişin imzalanması, İraq ərazisində yaşayan türkmənlərlə Azərbaycan xalqının tarixi-mədəni bağlılığı, dahi Azərbaycan şairi Füzulinin məqbərəsinin bərpası məsələlərinə də toxunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tovuzda 32 yaşlı şəxs kafedə bıçaqlandı

Tovuzda 32 yaşlı şəxs kafedə bıçaqlandı

“Qarabağ” ilk transferini reallaşdırdı

“Qarabağ” ilk transferini reallaşdırdı

Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...

Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...

Xankəndidə hazırda nə qədər erməni yaşayır? - SAY AÇIQLANDI

Xankəndidə hazırda nə qədər erməni yaşayır? - SAY AÇIQLANDI

Roma bazilikasında mələklə Meloni arasında heyrətamiz oxşarlıq - FOTO

Roma bazilikasında mələklə Meloni arasında heyrətamiz oxşarlıq - FOTO

Tovuzda avtomobil işıq dirəyinə çırpıldı - Sürücü xəsarət aldı

Tovuzda avtomobil işıq dirəyinə çırpıldı - Sürücü xəsarət aldı

Gəncədə 2 avtomobil toqquşdu - 2 yaralı var

Gəncədə 2 avtomobil toqquşdu - 2 yaralı var

Səhiyyə Nazirliyinin balansında olan tikili yandı

Səhiyyə Nazirliyinin balansında olan tikili yandı

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

"Neftçi"nin yetirməsi 1-ci liqa KLUBUNDA

"Neftçi"nin yetirməsi 1-ci liqa KLUBUNDA

Balakəndə kişi mesaja görə bacanağını və arvadını bıçaqladı, amnistiyaya düşdü

Balakəndə kişi mesaja görə bacanağını və arvadını bıçaqladı, amnistiyaya düşdü

Postmüharibə dövründə 132 min şəhid ailəsi və müharibə iştirakçısına xidmət göstərilib

Postmüharibə dövründə 132 min şəhid ailəsi və müharibə iştirakçısına xidmət göstərilib

"Mançester Siti"dən Türkiyə klubuna keçdi

"Mançester Siti"dən Türkiyə klubuna keçdi

Bu qidalar bədəndən qoxu gəlməsinə SƏBƏB OLUR

Bu qidalar bədəndən qoxu gəlməsinə SƏBƏB OLUR

ATƏT-in fəaliyyətdə olan sədri Rusiya və Ukraynaya SƏFƏR EDƏCƏK

ATƏT-in fəaliyyətdə olan sədri Rusiya və Ukraynaya SƏFƏR EDƏCƏK

Dünyanın ƏN BAHALI futbol akademiyaları

Dünyanın ƏN BAHALI futbol akademiyaları

"Bitcoin"in qiyməti UCUZLAŞDI - FOTO

"Bitcoin"in qiyməti UCUZLAŞDI - FOTO

"Heç bir mahnıya görə mənə pul verməyib"

"Heç bir mahnıya görə mənə pul verməyib"

Ukrayna və NATO F-16 və HIMARS tədarükü ilə bağlı əməkdaşlıq edəcək

Ukrayna və NATO F-16 və HIMARS tədarükü ilə bağlı əməkdaşlıq edəcək

"Milan" qapıçısı ilə yeni müqavilə İMZALADI

"Milan" qapıçısı ilə yeni müqavilə İMZALADI

Ucarda iki nəfər dəm qazından ZƏHƏRLƏNDİ

Ucarda iki nəfər dəm qazından ZƏHƏRLƏNDİ

Məşhur türkiyəli müğənni Bakıda Azərbaycan mahnısı OXUDU - VİDEO/ÖZƏL

Məşhur türkiyəli müğənni Bakıda Azərbaycan mahnısı OXUDU - VİDEO/ÖZƏL

ABŞ-da növbəti “şatdaun” BAŞLADI

ABŞ-da növbəti “şatdaun” BAŞLADI

"Məktəb yoldaşlarım Ceyhun Bayramov, Fərid Qayıbov və Səbinə Əliyeva olub"

"Məktəb yoldaşlarım Ceyhun Bayramov, Fərid Qayıbov və Səbinə Əliyeva olub"

End of content

No more pages to load

RADİO