Hollivud rejissoru Cim Carmuşun "Ata, Ana, Bacı, Qardaş" filmi 82-ci Venesiya Film Festivalının qalibi və "Qızıl şir" mükafatının sahibi olub.
Bizim.Media xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.
Dueyn Consonun rol aldığı "Crash Machine" idman filmi "Gümüş Şir" mükafatına layiq görüb. Festivalın Qran-pri mükafatını tunisli rejissor Kauter Ben Haniyanın "The Voice of Hind Rajab" filmi qazanıb.
Bundan başqa, festivalın "Üfüqlər" proqramında Devid Pablosun "En el camino" (Yolda) filmi ən yaxşı film, "Songs of Forgotten Trees" filminə görə Anuparna Roy ən yaxşı rejissor, Cakomo Kovi ən yaxşı aktyor, Benedetta Porkaroli isə ən yaxşı aktrisa kateqoriyalarında qalib olublar.
Əsas müsabiqədə ümumilikdə 21 film iştirak edib.
Bizim.Media