Nəsimi haqqında tarixdən silinən HƏQİQƏTLƏR – Nəsimişünas alim ilə MÜSAHİBƏ

Azərbaycan ədəbiyyatının ən qüdrətli şairlərindən biri olan İmadəddin Nəsimi yalnız poetik irsi ilə deyil, həm də əqidəsi, fəlsəfəsi ilə də əsrlər boyu yaddaşlarda yaşayır. Nəsimi haqqında çox yazılıb, çox deyilib, amma təəssüf ki, onun həyatı və yaradıcılığına dair bəzi yanlış faktlar da dolaşmağa başlayıb. Halbuki belə bir dahini tanımaq üçün ilk növbədə həqiqətləri ayırd etmək vacibdir. Bu baxımdan Nəsimi irsinin həm poetik, həm də tarixi qatlarını illərdir araşdıran Nəsimişünas alim Səadət Şıxıyeva ilə söhbətləşdik.

– İndiyədək İmadəddin Nəsiminin Şamaxıda doğulduğunu düşünmüşük. Şairin doğum yerinin Şamaxı olması dəqiq faktdırmı?

– Orta çağ mənbə və qaynaqlarında Nəsiminin doğum yeri ilə bağlı çox sayda coğrafi məkanlar təqdim olunur: Təbriz, Bağdad, Diyarbəkir (Amid) və s. Yeni dövr mənbələrində bu siyahı bir qədər də genişlənir: Nisssibin, Şiraz və s. Amma təəssüf ki, Şirvan XX əsrə qədər heç bir mənbədə şairin nisbəsi (şəxsin hansı məmləkətə aid olduğunu, harda doğulduğunu göstərən söz) olaraq qeyd olunmayıb.

Nəsiminin ölümünün səbəbi dini deyil, siyasi xarakterlidir

– Nəsimi haqqında yanlış təqdim olunan hansı fikirlər daha çox yayılıb?

– Əslində bu yanlışlar səthi araşdırmalardan qaynaqlanır. Şairin doğum yeri, təvəllüd tarixi, ailə üzvləri, qohumluq əlaqələri, edamının səbəbləri və s. barədə yetərincə yanlışlar var. Bunlardan biri də edamı ilə əlaqədardır: Nəsiminin dərisinin diri-diri soyulması yalandır. Bu məsələləri müxtəlif məqalələrimdə təhlil etmişəm. Tədqiqat əsərlərində Nəsiminin ölümünün səbəbini dini deyil, siyasi xarakterli olduğunu əsaslandırmışam. İndi də Sovet dövrü saxtakarlıqlarına yenilərini əlavə ediblər. Şah Xəndanın saxta türbəsi və s.
 

Nəsiminin qəbrinin yerinin dəyişdirilməsi ilə bağlı səsləndirilən fikirlərdən biri də onun gətirilib ailə üzvlərinin yanında dəfn olunması ilə bağlıdır. Ona görə də yenidən Şah Xəndan türbəsi də diqqət mərkəzinə çəkildi. Məsələ burasındadır ki, hələ 2019-cu ildə həmin türbəni ziyarət edərkən məzarların üzərindəki yazılardan onların XVIII əsrə aid olduğunu gördüm və münasibətimi yazılarımda da dilə gətirdim. Dünən tarixçi alimlər Faris Xəlilli və Həbibə Əliyevanın həmin məzarüstü yazılar ilə bağlı məqaləsi qarşıma çıxdı.


Hər iki müəllif faktlarla həmin türbənin Şah Xəndana aid olmadığını əsaslandırırlar. Bu mənada Şah Xəndanın məhz həmin qəbiristanlıqda dəfn olunduğunu da iddia etmək çətindir.

– Yeri gəlmişkən, siz də onun məzarının Azərbaycana gətirilməsinə qarşıydınız...

– Bəli, Nəsiminin nəşinin Azərbaycana gətirilməsinin əleyhinə olduğumu illərdir ki, deyir və əsaslandırmağa çalışıram. Əvvəla, Hələbi fəaliyyəti üçün uyğun bilib seçmə Nəsiminin öz istəyi ilə olub. O həmin çoğrafiyada qurulacaq dini-siyasi yönümlü türk dövləti ilə bağlı arzu və ideyalarına canını fəda edib. İkincisi, onun məzarı yüzillər boyunca ziyarətgah olub, şairliyindən çox, övliyalılğı ilə sevilib, müqəddəsləşdirilib. Üçüncüsü, şairin oğlu və digər əqrəbasının, onu övliya bilib yaxınlığında dəfn olunmağı arzu edən əsilzadələrin məzarı necə olacaq
 

O, vəfatından sonra da sevənlərinin yanındadır. Dördüncüsü, nə din, nə də tarix baxımından bu kimi təşəbbüs təqdir oluna bilməz. Din baxımından günah, tarix baxımından təhrif və saxlakarlıqdır. Şəhid şairimizin ruhunu narahat etməyə heç bir əsas yoxdur.


– Nəsiminin siyasi fəaliyyəti haqqında da məlumat verərdiniz. Onun öz qızını zamanının nüfuzlu şəxslərindən birinə ərə verməsi faktı var. Bəs arxasında belə bir dayağı olduğu halda şair niyə faciəli aqibətini xilas edə bilmədi?

– Bəli, Nəsiminin özünün seçib taleyini bağladığı Hələbdəki fəaliyyətinin xarakteri təkcə dini yönümlü deyildi. O, Hələbdə hürufilik mərkəzinin şeyxi kimi fəaliyyət göstərirdi. Amma mürşidi Fəzlullahın da ənənəsini davam etdirən şeyx-şair siyasi dayaq axtarışında idi.


Ona görə də Zülqədər bəyləri Nəsrəddin bəy və Əli bəylə, eləcə də Ağqoyunlu Qarayölük Osmanla ittifaq bağlamışdı. Ərəbcə qaynaqlarda Nəsrəddin bəyin Nəsiminin kürəkəni olduğu qeydinə də rast gəldim. Amma istər bu müttəfiqlik, istərsə də qohumluq əlaqələrinə baxmayaraq, Nəsrəddin bəy cəhd etsə də, Nəsimini xilas edə bilmədi. Çünki Misir sultanı böyük dövlətin, Nəsrəddin bəy isə kiçik bir bəyliyin hakimi idi..

“Nəsimi” filmi tarixi deyil, bədii əsər üzərində çəkilib

– “Nəsimi” filmində göstərilən faktlar doğru təqdim olunubmu? Çünki insanlarımız şairi əsasən o filmlə tanıyıb qəbul ediblər.

– Azərbaycan kino tarixində xüsusi yeri və dəyəri olan bu film Nəsiminin tanıdılması və sevdirilməsində mühüm rol oynadı. Ssenariyə gəldikdə o tarixi deyil, bədii əsər üzərində yazılıb. Bu ssenari və onun roman prototipi (“Məhşər” İsa Hüseynov) daha çox təxəyyül və sovet dövründə yazılan araşdırmalardan qaynaqlanır. Ona görə də tarixi gerçəkliklə səsləşməyən məqamları yetərincədir. Sövet dönəmində Nəsimi bir din alimi, bir təsəvvüf bilicisi kimi təqdim oluna bilməzdi.

Digər bir tarixi yanlışlıq Nəsimi ilə Əmir Teymurun görüşməsidir. İllərdir ki, Nəsiminin müasirlərinin yazdıqlarını araşdırıram. Nəsimi ilə Əmir Teymurun görüşməsi, mübahisə etməsi tarixi gerçəklik deyil. Amma bu görüş fikri sona qədər səhv də deyil. Çünki hürufilərlə Əmir Teymurun oğlu Miranşahın yaxın münasibətləri olub. Ola bilsin, hürufilərdən kimsə Əmir Teymurla görüşüb. Çünki tarixi qaynaqlarda belə fakt var. Hətta bəlkə də o adam Nəsimi olub.

Nəsiminin diri-diri dərisinin soyulması və onun həmin zaman şeir söyləməsi xalqın şairə məhəbbətindən yaranmış əfsanədir. Fizioloji olaraq belə məqamda şeir demək mümkün deyil.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər - FOTO

Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər - FOTO

Bilgəhdə tapılan xaski sahibini AXTARIR - FOTO/VİDEO

Bilgəhdə tapılan xaski sahibini AXTARIR - FOTO/VİDEO

ABŞ və Meksika münaqişəyə SON QOYUR

ABŞ və Meksika münaqişəyə SON QOYUR

Çempionlar Liqasında həftənin ən yaxşısı MƏLUM OLDU

Çempionlar Liqasında həftənin ən yaxşısı MƏLUM OLDU

Azərbaycan-Belarus mədəni əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan-Belarus mədəni əməkdaşlığı müzakirə olundu - FOTO

Bacısının sözlərini inkar etdi - VİDEO

Bacısının sözlərini inkar etdi - VİDEO

İran Almaniyaya NOTA VERDİ

İran Almaniyaya NOTA VERDİ

Tərəvəzlər kəskin UCUZLAŞDI – QİYMƏTLƏR

Tərəvəzlər kəskin UCUZLAŞDI – QİYMƏTLƏR

“Lənkəran” “Ordu”ya MƏĞLUB OLDU

“Lənkəran” “Ordu”ya MƏĞLUB OLDU

Yeməkdən dərhal sonra bunları ETMƏYİN - Doğru bildiyimiz yanlışlar

Yeməkdən dərhal sonra bunları ETMƏYİN - Doğru bildiyimiz yanlışlar

Özü 20 min, sıravi əməkdaşları isə 500-600 manat maaş...

Özü 20 min, sıravi əməkdaşları isə 500-600 manat maaş...

“Yaxın Şərqə yeni müharibə lazım deyil” - Kaya Kallas

“Yaxın Şərqə yeni müharibə lazım deyil” - Kaya Kallas

“Aston Villa”nın müdafiəçisi “Beşiktaş”da

“Aston Villa”nın müdafiəçisi “Beşiktaş”da

Ölkənin ƏN GƏNC generalı oldu

Ölkənin ƏN GƏNC generalı oldu

“Yazırlar ki, ərə get, uşağın olsun, qocalırsan” - VİDEO

“Yazırlar ki, ərə get, uşağın olsun, qocalırsan” - VİDEO

Bəhlul Mustafazadənin yeni klubu BƏLLİ OLDU

Bəhlul Mustafazadənin yeni klubu BƏLLİ OLDU

Heç bir ölkədə vətəndaşlığı olmayan şəxs: "Sənədsizəm deyə müalicə oluna bilmirəm" - VİDEO

Heç bir ölkədə vətəndaşlığı olmayan şəxs: "Sənədsizəm deyə müalicə oluna bilmirəm" - VİDEO

Goranboyda yol qəzası oldu, iki nəfər xəstəxanalıq oldu

Goranboyda yol qəzası oldu, iki nəfər xəstəxanalıq oldu

Evlərdən 12 min manatlıq məişət əşyaları oğurlayan şəxs SAXLANILDI

Evlərdən 12 min manatlıq məişət əşyaları oğurlayan şəxs SAXLANILDI

ABŞ dövlət katibi: “Ukrayna ilə bağlı həll olunmayan yeganə məsələ budur”

ABŞ dövlət katibi: “Ukrayna ilə bağlı həll olunmayan yeganə məsələ budur”

Şahruddindən maraqlı paylaşım - FOTO

Şahruddindən maraqlı paylaşım - FOTO

Bakıda marketin qarşısında BIÇAQLANMA: "Oğlunu narkotikə qurşandırdığımı dedi"

Bakıda marketin qarşısında BIÇAQLANMA: "Oğlunu narkotikə qurşandırdığımı dedi"

ABŞ İrana qarşı hücum planı hazırlayır — KİV

ABŞ İrana qarşı hücum planı hazırlayır — KİV

Cüdoçularımız Belçikada beynəlxalq turnirdə iştirak edəcəklər

Cüdoçularımız Belçikada beynəlxalq turnirdə iştirak edəcəklər

End of content

No more pages to load

RADİO