Sosial şəbəkələrdə belə xəbər yayılıb ki, guya Xalq artisti Arif Quliyevin ailəsi maddi imkanları olmadığından artistin məzardaşını hazırlaya bilmir və bunun üçün Mədəniyyət Nazirliyinə müraciət edib.
Bizim.Media-ın aldığı məlumata görə, Mədəniyyət Nazirliyi bu mövzu ilə bağlı açıqlama verib və büdcəsində vəsaitin nəzərdə tutulmadığını deyib.
Xalq artistinin oğlu Rövşən Quliyev isə müraciətlə bağlı yayılan xəbərləri təkzib edib. Xatırladaq ki, Arif Quliyev Qaradağ rayonunun "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Ölümündən 40 gün keçməsinə baxmayaraq, onun məzardaşı hələ də hazırlanmayıb.
Bizim.Media