Kinorejissor, dramaturq Çingiz Rəsulzadə vəfat edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “ButaFilm”in icraçı direktoru Vidadi Rüstəmov yayıb.
Xatırladaq ki, Çingiz Rəsulzadə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb.
Rusiya istehsalı olan “Həyat haqqında mimlər” (2002) qısametrajlı bədii filminin və “Jestlər.. Barışıq” (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, “İkinci” qısametrajlı bədii filminin ssenari müəllifi, o cümlədən "Kuklalar" (2009) filminin quruluşçu rejissorudur.
Allah rəhmət eləsin.
Bizim.Media
