“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov

Azərbaycan növbəti dəfə "Avroviziya" yarşmasında finala çıxa bilmədi. Son üç ildir ki, bütün cəhdlərə rəğmən, ölkəmizi təmsil edənlər uğursuzluğa düçar olur.

Xatırladaq ki, Bazeldə baş tutan müsabiqədə ölkəmizi “Mamagama” qrupu təmsil etdi. “Run with u” mahnısı ilə səhnəyə çıxan qrupun xareoqrafiyası maraqla qarşılansa da, finala vəsiqə qazana bilmədi.

Mararlıdır, bəs, musiqi biliciləri bunu necə dəyərləndirir? Vaxtilə bu yarışmanın birincisi olan ölkəmiz niyə üç ildir fərqlənə bilmir?

Avropa seyrçisi niyə bu dəfə bizə yetərli qədər səs vermədi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan bəstəkar Faiq Sucəddinova görə, sözügedən yarışmada ifa, səs yeganə meyar deyil:

“Müsabiqəni mən də maraqla izlədim və Azərbaycanı təmsil edən sənətçilərimizin çıxışını çox bəyəndim. İfaçının oxumağı, oynamağı, saz çalınması, folklorumuzun simvolunun səhnədə olması çox xoşuma gəldi. Amma burda məsələ bir az fərqlidir. Əsas şərt odur ki, hər avropalı yerindən durub səs verməlidir.

Meyarlar fərqlidir. Kimi oxuyanın geyimini bəyənir, kiminin ifaçıya yazığı gəlir, bir başqası rəqsi, xoreoqrafiyanı yüksək qiymətləndirir. Yəni bu, çox çətin məsələdir. Amma musiqi nöqteyi-nəzərindən baxılsaydı, çıxış çox yaxşı idi. Təmsilçi də, mahnı da yerində idi. Dediyim odur ki, tək musiqi, ifa rol oynamır. Avropalını tərpətməlisən ki, yerindən qalxıb sənə səs versin”.

"Bəs, bunun üçün çatışmayan nə idi?” sualına bəstəkar belə cavab verdi:

“Mənim heç vaxt yadımdan çıxmaz, 2013-cü ildə biz 2-ci yer tutmuşduq. İfaçı cavan uşaq idi, indi xaricdə yaşayır, Fərid Məmmədov. O, çox gözəl oxudu, maraqlı səhnə yaratdı, hətta səhnədə gimnastik hərəkətlər elədi. O oğlan vaxtilə Aybəniz Haşımovanın qrupunda oxuyurdu. Bax, o ifaçının çıxışı əla idi. Ona birinci yer düşürdü, amma vermədilər. İkinci yer tutdu. Niyə belə verdilər, bax, bu sual altında qaldı.

Dediyim odur, mən musiqiçiyəm, o gözlə baxanda duyuram, eşidirəm ki, musiqi, ifa gözəldir, amma o, kənarda qalır. Başqa meyarlar öndədir. Yəni səsi Münsiflər heyəti vermir. Avropalı evində arvad-uşağı ilə oturub yarışmaya baxır. Qocası, cavanı....

Tutaq ki, deyir, gəl buna səs verək, bu, bizimlə qonşu dövlətdi, yaxud nəsə belə bir şey... Səs verən böyük kütlədir. Onlar öz istəklərinə uyğun səs verib kimin birinci olacağını təyin edirlər. Sonrası da, biz “Avroviziya”da 1-ci yer də tutmuşuq,  2-ci, 4-cü, 6-cı da olmuşuq. Bu o demək deyil ki, hər il birinci olmalıyıq?! Bu il olmadı, gələn il bəlkə olacaq?  Alla Puqaçova Sovet Birliyində ən yaxşı oxuyan idi, getdi, 18-ci yeri tutdu”.

“Yarışmanı incələmisiz. Bəlkə növbəti il yarışma üçün musiqini siz yazasınız” sualına isə bəstəkar belə cavab verdi:

“Müraciət etsələr, əlbəttə, yazaram. Onlar bir qrupdur. Özləri bəstələdilər, özləri də çıxış elədilər. Əgər mənə həvalə eləsələr, desələr ki, mütləq yazmalısan, o meyarda, amma milli olsun, sözsüz ki, oturub işləyərəm. Söhbət bunda deyil. Əsas məsələ odur, kim yazır, yazsın, Azərbaycan musiqisi tanınsın.

Yenə deyirəm, biz o yarışmada iz qoymuşuq. Dilarə 26-cı yer tutmuşdu, o demək deyil ki, o pis oxuyur. Onu çox yaxşı tanıyıram. Yaxud Rza çox gözəl oxuyur. Samirə Əfəndinin yaxşı səsi var.  16-17-ci yerə çıxdı. Verilən səslərdən çox şey asılıdır. Kəsəsi, mən bəyəndim. Üzü, xarici görünüşü uyğun idi. Səhnəyə yaraşırdı. Hətta onun belində sazla səhnəyə çıxması “Koroğlu”nu yadıma saldı. O zaman Bülbül səhnəyə çıxanda saz beləcə arxasında idi.

Avropalılar sazı başa düşdülər, düşmədilər, özləri bilərlər. Kim istəyir başa düşsün, kim istəyir düşməsin, bu, başqa məsələdir. Əsas odur, o, əlinə sazı aldı, çaldı, səsi gəldi və bu, gözəl idi. Mən gedib hər avropalıya başa salmalı deyiləm ki, saz nədir, tar nədir? Onların da min dənə aləti var, mən hörmətlə yanaşıram...”

Rəna Hacılı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

End of content

No more pages to load

RADİO