Azərbaycanın Venesiya Arxitektura Biennalesində debütü - FOTO

Azərbaycan son illərdəki memarlıq inciləri ilə ilk dəfə Venesiyada Beynəlxalq Arxitektura Biennalesində iştirak edir.

Bizim.Media xəbər verir ki, mayın 10-dan noyabrın 23-dək keçirilən XIX Arxitektura Biennalesində ölkəmiz Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə “Tarazlıq. Azərbaycanın motivləri” (“Equilibrium. Patterns of Azerbaijan”) adlı pavilyonla təmsil olunur.
 

Azərbaycan sərgidə “Yenidənqurma. İnnovasiya. Qorunma” başlığı altında üç memarlıq nümunəsini – Bakı Ağ Şəhər, Zəfər parkı və Zəngilan məscidi layihələrini tədqim edir.


Budəfəki Arxitektura Biennalesi “İntellekt. Təbii. Süni. Kollektiv” (Intelligens. Natural. Artificial. Collective) mövzusunu əhatə edərək iqlim dəyişikliklərinə diqqəti artırmaq məqsədi daşıyır. Eyni zamanda memarlığın təbii, süni və kollektiv zəka vasitəsilə dəyişən dünyaya uyğunlaşmasını araşdırmağa çağırır.

Bakı Ağ Şəhər layihəsi qabaqcıl və müasir şəhərsalma layihələrindən biri olaraq müasir texnologiya və kollektiv səylərlə sənaye keçmişindən dayanıqlı və yenidən qurulmuş yaşıl gələcəyə keçidi təcəssüm etdirir.

8 Noyabr qələbəsinin rəmzi olan, əzəmətli görünüşə sahib Zəfər parkı isə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsini əbədiləşdirir və milli rifah üçün həmrəy olan xalqımızın əzmini nümayiş etdirir.

Qarabağ memarlıq üslubunda inşa edilən Zəngilan məscidi isə öz növbəsində, təbiətlə memarlığın, bu günlə gələcəyin sintezini simvolizə edir.

Pavilyonumuzda ömrünü, zəkasını xalqına, millətinə həsr etmiş XXII əsrdə yaşayıb yaradan Naxçıvan memarlıq məktəbinin banisi, dünya şöhrətli memar Əcəmi Naxçıvani haqqında da məlumatlar təqdim olunur.

Sərginin davam etdiyi 6 ay ərzində memarlıqla bağlı müxtəlif konfranslar, seminarlar, görüşlər də keçiriləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

End of content

No more pages to load

RADİO