MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı oldu – FOTO

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdimatı olub.

Bizim.Media xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
 

MAMA “Ana təbiət” incəsənət layihəsi debütünü 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində Heydər Əliyev Mərkəzində edib. Sərgi iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə ilk olaraq Bəhreyndəki təqdimatla səyahətə başlayıb. Bəhreyndən sonra Romada təqdim edilən layihə müasir rəssamlar qrupunun heyrətamiz yaradıcılığının nümayişidir.


MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi Azərbaycan da daxil olmaqla, 28 ölkədən - ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, Latviya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna və digərlərindən 55 fərqli sənətkarı bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır. Burada fərqli instalyasiya, rəsm və multimedia nümunələri vasitəsilə müasir dövrün ekoloji və sosial problemləri ilə səsləşən hekayələr təqdim edilir. Layihə bəşəriyyət və təbiət arasındakı zəngin və mürəkkəb münasibətləri ön plana çəkir. Ekspozisiyadakı hər bir incəsənət əsəri insanın təbiətlə dərin bağlılığına bir mesajdır. Həmin mesajın məqsədi Yer kürəsini təkcə ilham mənbəyi kimi deyil, həm də həyat üçün zəruri qidalandırıcı qüvvə kimi təqdim etməkdir.

Ekspozisiya dünya səyahəti zamanı insanla təbiət arasındakı ayrılmaz bağlılığı vurğulayır və ana fiqurunu həm mənəvi, həm də fiziki mənada həyatın əsas mənbəyi kimi ön plana çıxarır.

Sərgi izləyiciləri təbiətə qarşı məsuliyyət, qayğı və ekoloji yenilənmənin zəruriliyi barədə düşünməyə dəvət edir.

MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi Romanın “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində mayın 14-dək davam edəcək.

































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

End of content

No more pages to load

RADİO