“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Mədəniyyət Könüllüləri” İctimai Birliyi tərəfindən hazırlanan “İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutub.

Bizim.Media xəbər verir ki, “İrsimizə Hörmətlə” layihəsi çərçivəsində irsimiz.az  internet portalı geniş tamaşaçı auditoriyasına təqdim edilib.



Layihənin məqsədi milli ornamentlərin tarixini, mənalarını və əhəmiyyətini geniş ictimaiyyətə çatdırmaq, xüsusilə gənc nəslin milli mədəniyyətə marağını artırmaq və bu ornamentləri gələcək nəsillərə ötürməkdir. Bu platforma, Azərbaycanın zəngin mədəni irsinin bir hissəsi olan ornamentləri tanımağa, qorumağa və gələcək nəsillərə təqdim etməyə xidmət edir. Eyni zamanda mədəni irsimizi təbliğ edərək, həm yerli, həm də beynəlxalq səviyyədə daha geniş kütləyə çatdırılmasına töhfə verir.
 

Portalda ornamentlərin tarixi ilə bərabər onların geyimlərdə, aksesuarlarda, keramikada və xalçalarda necə yaşadığı, müasir dövrə necə uyğunlaşdığı əks olunub. Eyni zamanda müxtəlif milli brendlərin kolleksiyalarından nümunələr yer alıb.




Tədbirdə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Cizgi" brendinin yaradıcısı dizayner Gülnarə Xəlilova, "Rəsm" brendinin təsisçisi və dizayneri Rəsminə Qürbətova, "Gilabi Ceramics" brendinin təsisçisi və rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Emin Ələkbərov, xalçaçı dizayner Elnarə Rəsulova, xalçaçı rəssam Fəxriyə Hacıyeva çıxış edərək ornamentlərin dövrümüzdəki rolu haqqında öz fikirlərini çatdırıblar. Daha sonra “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli irsimiz.az portalının etibarlı mənbə olduğunu qeyd edərək təqdim edib.



"İrsimizə Hörmətlə" layihəsi çərçivəsində yaranan bu internet portalı, Azərbaycanın bənzərsiz ornament tarixini və onun müasir dünyada necə yaşadığını göstərməyi hədəfləyir.































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

End of content

No more pages to load

RADİO