Faiq Sücəddinov Təbrizin "Traktor" komandası üçün marş bəstələdi – VİDEO

Xalq artisti, bəstəkar Faiq Sücəddinov Təbrizin "Traktor" futbol klubu üçün "Zəfər məşqi" adlı marş bəstələyib.

Bizim.Media xəbər verir ki, bu barədə "Report"a danışan Xalq artisti "Traktor" üçün marş yazılmasını akademik Rafael Hüseynovun təklif etdiyini bildirib.

F.Sücəddinovun sözlərinə görə, marş 12 nəfərlik xor tərəfindən ifa olunub:

"Ancaq biz bunu elə formaya salmışıq ki, 60 nəfərlik xorun ifası kimi səslənir. Solo ifa isə Tural Ağasıyevə məxsusdur. Biz bu təşəbbüsü can-başla işlədik, hesab edirik ki, bu marş "Traktor" klubunu daha böyük zəfərlərə aparacaq".

Qeyd edək ki, İsveçdə nəşr olunan "Tribun" jurnalının son buraxılışı da bütövlükdə "Traktor" futbol klubuna həsr olunub.

Buraxılışda bəhs olunan marşın sözlərinin müəllifi akademik Rafael Hüseynovun geniş məqaləsi də dərc olunub.

Akademik məqalədə "Traktor"un faktiki vəziyyətini möcüzə kimi qiymətləndirib:

"Traktor" möcüzəsi öz fəlsəfəsi etibarilə yalnız Azərbaycan hadisəsi deyil, dərindən düşünülərsə və daha nəhəng müstəvidə götürülərsə, əks-sədası sonralar hələ daha qabarıq duyulacaq, ənənəyə çevrilməli qüvvətli milli xarakter təzahürüdür".

R.Hüseynov "Traktor"u cəmiyyətin bütün təbəqələri üçün rəmz adlandırıb:

"Fəlsəfəsi etibarilə vahid rəmz - istiqlalın, daxili azadlığın, müstəqilliyin, öz iradəsinin şəriksiz sahibi olmağın, elin, dilin simgəsi; amma "Tıraxtur" həm də bu anlayışların hər birini təcəssüm etdirən bir-birindən sevimli rəmzlər silsiləsidir".

"Zəfər məşqi" marşı

Hücuma keç, üstünlüyü al ələ,

Rəqiblərin meydanını dar elə.

Qalibiyyət inamı yay hər kəsə,

Təbrizimlə, Güneyimlə səs-səsə!

Dərsini ver səni zəif bilənin,

Hərdən sənə üstdən baxıb gülənin.

Hamı görsün sən bir yatmış aslansan,

Coşduğunda sən gur selsən, vulkansan!

İrəli qoş, sıranı yar, qol vur, qol,

Milyonlarla qollar qalxsın, fateh ol!

Atdığın top bütün xalqı oyadır,

Sən millətə ruh verənsən, "Tıraxtur"!

Xalqın sənə daim arxa olubdur,

Elə güvən, sən də xalqa arxa dur.

Sən bu xalqın əzmi, eşqi, "Tıraxtur",

Sən millətin zəfər məşqi "Tıraxtur"!


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

End of content

No more pages to load

RADİO