Azərbaycan filmi Bişkekdə Qran-priyə layiq görüldü

11-14 aprel tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində XII Beynəlxalq “Umid” Kinoforumu keçirilib.

Bizim.Media xəbər verir ki, ənənəvi kino tədbirində ölkəmiz iki ekran əsəri ilə – Azər Quliyevin “Sanki yoxsan” və Murad Şükürlünün “Bir vaxtlar Sabunçuda” filmləri ilə təmsil olunub.

“Sanki yoxsan” filmi münsiflər heyəti və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilərək beynəlxalq müsabiqənin baş mükafatı – Qran-priyə layiq görülüb.

Azərbaycan və Fransanın birgə istehsalı olan “Sanki yoxsan” filminin quruluşçu rejissoru Azər Quliyev, baş prodüseri Mehman Fətullayev, prodüseri Əli-Səttar Quliyev, quruluşçu rəssamı Quram Navrozaşvilidir.

Eyni zamanda, Azərbaycan nümayəndə heyəti tərəfindən beynəlxalq kinoforumda ermənilərin ölkəmizə qarşı növbəti təxribatının qarşısı alınıb. Qeyd edək ki, kinoforuma qatılan və ölkəmizə qarşı təxribata cəhd edən bədnam qonşularımızın niyyətləri boşa çıxarılıb. Layihənin müsabiqə proqramına Ermənistandan təqdim olunan “David bağı” adlı sənədli film Azərbaycan nümayəndə heyəti tərəfindən təhlil edilib və onun xalqlar arasında münaqişənin kəskinləşməsinə səbəb ola biləcək zərərli mesajlar verdiyi müəyyənləşdirilib. Bununla bağlı beynəlxalq tədbirin təşkilat komitəsinə müraciət olunub. Bildirilib ki, filmdə Azərbaycan ərazilərinə aid toponimlər məqsədli şəkildə təhrif edilərək erməni yer adları kimi təqdim olunur. Müraciətdən sonra nifaq dolu film forumun proqramından çıxarılıb. Bu qərarla bağlı məlumat kinoforumun rəsmi saytında və bir sıra media orqanlarında dərc olunub.

Xatırladaq ki, Fransanın “LaLuna” şirkətinin istehsalı olan “Sanki yoxsan” filmi ötən ilin may ayında 77-ci Kann Beynəlxalq Film Festivalının qısametrajlı filmlər müsabiqəsində nümayiş etdirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

End of content

No more pages to load

RADİO