Müasir İncəsənət Muzeyində Nərmin Sadıqovanın “Mif” adlı fərdi sərgisi AÇILDI - FOTO

Müasir İncəsənət Muzeyində Nərmin Sadıqovanın “Mif” adlı fərdi sərgisi açılıb. Ekspozisiyada rəssamın son illərdə astrologiya və digər mövzularda yaratdığı təqribən 40 tablo təqdim edilib.

Bizim.Media xəbər verir ki, “Mif” sərgisi Nərmin Sadıqovanın yaradıcılığında yeni səhifə açıb.

Təqdim olunan tablolarda toxunulan mövzularla yanaşı, yeni istiqamətin olduğu görünür. Sərgi astrologiya ilə bədii yaradıcılıq arasında dərin bağları tədqiq etməyə çalışan incəsənət həvəskarlarına unikal təcrübə təklif edir.

Nərmin Sadıqova özünün bədii yanaşma tərzi ilə kətan üzərində 12 bürcün işarələrinin unikal cəhətlərini – onların mifoloji mənasını, planetlərin təsirini və simvolikanı təsvir edib.

Rəssam bu silsilə əsərlərdə seçilmiş kompozisiya quruluşundan, rəng palitrasından və digər ifadə vasitələrindən istifadə etməklə, hər bir bürcün fərdi xüsusiyyətlərini əyani şəkildə canlandırır, onların bədii obrazını yaradır. Bu əsərlərin astroloji biliklərlə dəstəklənən kompozisiyaları insana kosmosla daha dərin bağları hiss etməyə imkan verir. Çünki hər bir element bütün sistemin simvolik təcəssümünü və onun qarşılıqlı əlaqələrini təmsil edir.
 

Nərmin Sadıqovanın yaradıcılıq üslubu müasir estetik cərəyanları əks etdirir, orijinallığı və eksperimental xarakteri ilə ənənəvi formalardan fərqlənir. Onun əsərləri təkcə bədii-estetik dəyərlə deyil, həm də dərin fəlsəfi məzmunla zəngin olduğundan, rəssam öz layihələrində həmişə özünəməxsus üslubu ilə diqqəti cəlb edir.


Nərmin Sadıqovanın portret, landşaft, natürmort və digər istiqamətlərdə yaratdığı tablolar tamaşaçılara ətraf aləmə yeni baxış bucağı təqdim edir, düşüncə və emosional qavrayışa təkan verir.

Nərmin Sadıqova uzun illərdir ki, yaradıcılıqla məşğuldur və Azərbaycanın müasir incəsənət mühitinin tanınmış simalarından biridir. O, müntəzəm olaraq müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirak edir.

2012-ci ildə onun ilk fərdi xeyriyyə sərgisi “Four Seasons Hotel”də baş tutub. O, 2013-cü ildə “Bakının işıqları” rəsm müsabiqəsinin qalibi olub. 2014-cü ildə “Gallery-1969” rəssamın “Səs” adlı fərdi sərgisini keçirib. 2016-cı ildə rəssam Milli İncəsənət Muzeyində keçirilən sərgidə iştirak edib. 2017-ci ildə “Gallery-1969” onun “Momentous” adlı ikinci fərdi sərgisini təşkil edib.
 

Onu da qeyd edək ki, Nərmin Sadıqova digər azərbaycanlı sənətçilərlə birlikdə Azərbaycanı xaricdə - İtaliya, ABŞ, Latviya, BƏƏ, Türkiyədə təmsil edib. O, 2019-cu ildə Luvrda (Paris) “Carrousel” sərgisinə qatılıb. Elə həmin il Müasir İncəsənət Muzeyində onun “Meraki” adlı fərdi sərgisi keçirilib.


Bundan əlavə, Nərmin Sadıqova Heydər Əliyev Fondu və YARAT Müasir İncəsənət Mərkəzinin təşkil etdiyi müxtəlif layihələrdə fəal iştirak edir.

Qeyd edək ki, “Mif” rəssamın sayca beşinci fərdi sərgisidir.

Sərgi 2025-ci il aprelin 11-dək davam edəcək.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

End of content

No more pages to load

RADİO