Türkiyə istehsalı olan “ Yeddinci koğuştaki mucize” filmi Oskar mükafatına namizəd olub.
Bizim.Media xəbər verir ki, məlumatı Türkiyə Mədəniyyət və Turizm Nazirliyi yayıb.
Mehmet Ada Öztekinin rejissoru olduğu ekran işi “ən yaxşı beynəlxalq film” nominasiyası üzrə yarışacaq.
Filmdə baş rolu Aras Bulut İynemli canlandırır. Ekran əsəri 5 milyon 316 min 933 nəfər insan tərəfindən izlənilib. Ən çox baxılan 8-ci film olaraq tarixə düşüb.
Bizim.Media