Məşhur “Nənələr” folklor ansamblının yaranmasının 55 ili tamam olub.
Bizim.Media “Mədəniyyət tv”yə istinadən xəbər verir ki, “Nənələr” özfəaliyyət kollektivi kimi 1970-ci ildə Lənkəranın Separadi kəndində yaranıb.
“Nənələr” yarandığı ilk dövrdə 4 bacıdan ibarət olub. Ansambl 1997-ci ilə kimi “Bacılar” adı ilə fəaliyyət göstərib.
Qrup bu günə qədər 100-dən artıq bədahətən mahnılar səsləndirib.
Bizim.Media