Bolqarıstanda Azərbaycana həsr olunan sərgilər keçirildi - FOTO

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü və Sofiyada fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin dəstəyi ilə Bolqarıstanın Sozopol şəhərində keçirilmiş “Soleil” Beynəlxalq Festivalı çərçivəsində Azərbaycan-Bolqarıstan diplomatik münasibətlərinin qurulmasının 29-cu ildönümü münasibətilə tədbir təşkil olunub.

Bizim.Media xəbər verir ki, tədbirdə Sozopol şəhərinin meri, şəhər bələdiyyəsinin rəhbərliyi, Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, KİV nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Festivalda “Azərbaycan: kəşf edilməmiş, amma yaxın” adlı foto, həmçinin “Azərbaycan-Odlar Yurdu uşaqların gözü ilə” başlıqlı rəsm sərgiləri nümayiş olunub. Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov ötən illər ərzində iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələrdə çoxtərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi və gələcəkdə bu münasibətlərin daha da gücləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib. Bildirilib ki, bu əlamətdar gündə Azərbaycana aid iki sərginin keçirilməsi ölkələrimiz arasında yaxın əlaqələrdən və sıx əməkdaşlıqdan xəbər verir.

“Azərbaycan: kəşf edilməmiş, amma yaxın” adlı foto-sərgidə təqdim olunan şəkillərin müəllifinin bolqar fotoqraf olduğunu vurğulayan səfir həmin fotoların Azərbaycanın füsunkar təbiəti, qədim tarixi və zəngin mədəniyyətini əks etdirdiyindən söz açıb.

O, digər rəsm sərgisinin bolqar uşaqların Bolqarıstan yazıçısı Marqarita Pavlovanın Odlar Yurdu Azərbaycana həsr olunmuş “Alov” adlı kitabı üçün çəkdikləri şəkillərdən ibarət olunduğunu diqqətə çatdırıb. Sərgi çərçivəsində səfir H.Hüseynov Bolqarıstan Milli Televiziyası və tədbirdə iştirak edən digər televiziya kanallarına müsahibə verərək nümayiş olunan sərgilər barədə ətraflı danışıb, Azərbaycanın zəngin mədəni irsi barədə bəhs edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

"AA" seriyalı lüks avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu

"AA" seriyalı lüks avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu

Çak Norris VƏFAT ETDİ

Çak Norris VƏFAT ETDİ

Bakıda ağır qəza: BMW yandı - FOTO

Bakıda ağır qəza: BMW yandı - FOTO

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Dizellə bağlı rəsmi məlumat

Dizellə bağlı rəsmi məlumat

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

End of content

No more pages to load

RADİO