Bu da “Avroviziya” mahnımız - VİDEO

Azərbaycanın "Avroviziya 2025" mahnı müsabiqəsindəki rəsmi mahnısı bəlli olub.

Bizim.Media xəbər verir ki, istedadlı Mamagama qrupu may ayında Avropa səhnəsinə "Run with U" adlı dinamik və enerjili mahnı ilə çıxacaq.
 

Mahnının sözləri Asəf Mişiyevə (Saphael Mishi), musiqisi isə Asəf Mişiyev (Saphael Mishi), Həsən Heydər (KHVS) və Roman Zilianevə (Roman Zee) aiddir.


“Run with U” müasir səs texnologiyası, güclü ritmləri və təsirli melodiyası ilə Avroviziya səhnəsinə yeni bir nəfəs gətirəcək. Mahnı dinləyicilərə ruhlandırıcı bir hiss bəxş etməyi hədəfləyir.

Mahnının futuristik üslubda çəkilmiş rəsmi klipində Azərbaycanın Avroviziya tarixində iştirak etmiş sənətçilər də yer alır. Klipin əsas süjeti musiqinin gücünü vurğulayan maraqlı bir hekayəyə əsaslanır: bir robot həyata qayıtmaq üçün mübarizə aparır, lakin qrup üzvləri Həsən və Arifin bütün cəhdlərinə baxmayaraq, bu mümkün olmur. Onlara dəstək olmaq üçün 2023-cü ilin Avroviziya iştirakçıları, əkiz qardaşlar Tural və Turan da qoşulur, lakin bu, onlarda da alınmır.
Sonda, 2024-cü ilin iştirakçıları Fahree və İlkin Dövlətovun gəlişi ilə hər şey dəyişir. Əsrarəngiz səsi ilə seçilən və muğamlarımızın möhtəşəm ifaçısı olan İlkin Azərbaycanın dərin mədəni irsini yaşadan sazı gətirir və onu Həsən və Arifə təqdim edir. Sazın simlərinə toxunulduğu anda sehr baş verir – robot həyata qayıdır.

Əvvəlki illərdə Azərbaycan milli alətləri Avroviziya səhnəsində yer alsa da, ilk dəfə olaraq sazın sədaları bütün Avropaya yayılacaq. Bu alət musiqinin ruh və insan arasındakı güclü əlaqəsini, hətta cansız obyektlərə belə həyat vermə gücünü simvolizə edir.

Klipin yaradıcı heyəti musiqi və vizual estetikanın mükəmməl ahəngini yaratmağa çalışıb.

Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova və media rəhbəri Turab Teymurov bu barədə fikirlərini bölüşüb:

"Biz bu klipi sadəcə bir musiqi videosu kimi deyil, həm də dərin mənaya malik bir hekayə kimi qurduq. Robotun həyata qayıtması yalnız texnologiyanın deyil, musiqinin insan ruhuna təsir edən əbədi gücünün göstəricisidir. Sazın bu prosesdə əsas rol oynaması isə mədəni irsimizə olan sevgimizin və hörmətimizin simvoludur. Ümid edirik ki, bu vizual və musiqi harmoniyası tamaşaçılara unudulmaz bir təcrübə bəxş edəcək."

Klipin rejissoru Elvin Əhmədoğludur və o, vizual estetika və emosional hekayəni ustalıqla birləşdirərək unikal bir iş ortaya qoyub.

Mamagama qrupu gənc və istedadlı musiqiçilərdən – Asəf Mişiyev, Həsən Heydər və Arif İmanovdan ibarətdir. Onların musiqisi fərqli üslubların birləşməsi və modern yanaşmaları ilə seçilir. "Run with U" mahnısı qrupun yaradıcılığını beynəlxalq auditoriyaya tanıtmaq üçün böyük bir imkan olacaq. Mamagama mayın 13-də Avroviziya mahnı müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində səhnəyə çıxacaq.

Rəsmi klipi və mahnını Avroviziyanın rəsmi YouTube kanalında izləyə bilərsiniz.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

End of content

No more pages to load

RADİO