““Bəxt üzüyü 2” birincinin ardı deyildi”

Xalq artisti Afaq Bəşirqızı “Bəxt üzüyü 2” filmindən danışıb.

Bizim.Media olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi “Pərvizə görə”də açıqlama verib.

O bildirib ki, ikinci film birincinin davamı deyildi: ““Bəxt üzüyü 2” birincinin ardı deyildi. Vaqif Səmədoğölunun 65 illik yubileyi idi. Onu yad etmək üçün çəkildi. Uşaqların ona olan diqqəti və hörməti idi. Mənə dedilər, mən də qəbul etdim. Vaqif Səmədoğlu mənə şəxsən demişdi ki, əgər “Bəxt üzüyü”nün ikinci hissəsinin çəkilməsinə razılıq versən, bizim dostluğumuz olmayıb. Mən “Bəxt üzüyü”nə çəkilməmişəm ki, simvolik ad idi, orda da yazılmışdı, Vaqif Səmədoğlunun əziz xatirəsinə, 65 illik yubileyinə həsr olunur. Orda Söylü və Moşunun sadəcə adları idi. Mən Söylü kimi geyinmədim, davranmadım. Sadəcə ləhcəsi qalmışdı. Tahir və Cabir qardaşlar daha fəal idi.

Nə olsun? Mən bu uşaqlara nəyləsə kömək etməliydim? Etməliydim. Firəngiz rəhmətlik gəldi, xatirə kimi qaldı. Biz Vaqif Səmədoğlunun “Bəxt üzüyü”nü çəkməmişdik. Ssenarini də başqa adam yazmışdı, ifalar da başqa idi. Hətta orada Mübariz Tağıyevin “Dəyişir zaman” ifası mənim ən xoşuma gələn mahnıdır. Ondan istifadə etmək olardı da. Heç uşaqlar ondan da istifadə etmədi.

Allah şahiddir ki, “Bəxt üzüyü”nü yazmışdı və mənə ixtiyar vermişdi ki, sənin improvizələrinlə bu tamaşa olacaq. Çünki bu, əvvəl Şəki teatrında qoyulmuşdu. Rəhmətlik Tükəzban xanımın yanında Qazax ləhçəsi öyrənmişəm, onun geyimindən, danışığına qədər... Bəzi rejissorlar deyiblər ki, mənim qarşımda improvizə etmək olmaz. İndi haqq dünyasındadırlar. Lakin bu, hamısı mənim improvizələrim idi. Bu da borcum idi. Kinonu artistlər kino etdilər. Öldük, qabıq qoyduq. Mənim əlimdəki saz rəhmətlik Zəlimxan Yaqubun idi. Demişdi ki, bu sazı sənə verirəm, amma ona nəsə olsa, səni respublikadan köçürdəcəyəm. Birdən-birə improvizə əmələ gəldi ki, mən ayağımı stola vurdum, arxaya getdim. Uzanan yerdə fikirləşdim ki, ay Allah, Zəlimxanın sazıdır, dınq etdim gördüm səsi çıxır, şükür etdim, başımın üstünə qoydum. Sizin o gülüşlərinizin yaranma tarixidir bunlar. Bunu gərək heç kim danmasınHər kəs hər kəsin zəhmətini qiymətləndirməlidir. Vurmaq lazım deyil. O uşaqlar filmi Vaqif Səmədoğlunun xatirəsinə çəkdilər, çox da yaxşı film alındı.

Rafael Dadaşovu xatirəmizdə saxladıq, Firəngiz Rəhimbəyovadan da yadigar qaldı. Həyat yoldaşı zəng edib ki, filmi göndərin, burada tərcümə etmək istəyirəm. Demək istəyirəm ki, hər şeyi baltalamayaq, ona görə bu günə qalmışıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlu başqa ölkədə yaşayacaq

Oğlu başqa ölkədə yaşayacaq

Xarici qüvvələrin OYUNCAQLARI - Tural Abbaslı söyüş blogerlərinin feyk kampaniyasından DANIŞDI

Xarici qüvvələrin OYUNCAQLARI - Tural Abbaslı söyüş blogerlərinin feyk kampaniyasından DANIŞDI

Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü TƏSDİQLƏDİ

Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü TƏSDİQLƏDİ

“Turan Tovuz”un futbolçuları milli komandaya ÇAĞIRILDI

“Turan Tovuz”un futbolçuları milli komandaya ÇAĞIRILDI

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

F.S. qarayaxma kampaniyasındakı görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO

F.S. qarayaxma kampaniyasındakı görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO

AYB-nin Həmkarlar İttifaqına yeni sədr SEÇİLDİ

AYB-nin Həmkarlar İttifaqına yeni sədr SEÇİLDİ

Riçard Almeyda Braziliyada klubunu DƏYİŞDİ

Riçard Almeyda Braziliyada klubunu DƏYİŞDİ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ

Xırdalanın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Xırdalanın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

End of content

No more pages to load

RADİO