Tiflisdə Mehriban Əliyevaya həsr olunan kitab təqdim edildi 

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında gürcü dilində “Azərbaycanın mehriban siması” adlı kitab çap olunub.

Bizim.Media xəbər verir ki, ötən il Tbilisidə işıq üzü görən nəşrin Gürcüstan Yazıçılar Evində təqdimat mərasimi keçirilib.

Müəllifi siyasi elmlər doktoru, professor Vaqif Abdullayev olan kitabı gürcü dilinə Gürcüstanın Dövlət mükafatı laureatı, “Şərəf” ordenli yazıçı-dramaturq İmir Məmmədli tərcümə edib.

Nəşrdə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfirinin həyatı, humanist keyfiyyətləri, müxtəlif sahələri əhatə edən xeyriyyəçilik fəaliyyəti, layiq görüldüyü ali mükafatlar, beynəlxalq tədbirlərdə iştirakı və çıxışları haqqında ətraflı məlumatlar, xarici media qurumlarına müsahibələri və fotoşəkilləri yer alıb.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında deyib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi humanitar sahədə də əlaqələr uğurlu inkişaf dövrünü yaşayır.

Diplomat Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda həyata keçirilən sosial-humanitar layihələr barədə danışıb:

“Fondun Gürcüstanda təhsil və maarif sahəsində reallaşdırdığı layihələr xüsusilə təqdirəlayiqdir. Əminəm ki, bu siyasət gələcəkdə də davam etdiriləcək və yeni layihələr həyata keçiriləcək”.

Daha sonra çıxış edən Gürcüstanın Milli Elmlər Akademiyasının prezidenti Giorgi Kvesitadze kitabın nəşrini yüksək qiymətləndirərək qeyd edib ki, Mehriban xanım Əliyeva bütün dünyada yalnız Azərbaycanı deyil, bütün Qafqazı layiqincə təmsil edir. Tədbir gürcü və azərbaycanlı ziyalıların çıxışları ilə davam etdirilib. Natiqlər Gürcüstan-Azərbaycan münasibətləri, hər iki xalq arasında qarşılıqlı hörmət, güclü dostluq əlaqələrindən söz açıblar. Bildirilib ki, Azərbaycanın Birinci xanımı haqqında gürcü dilində nəşr olunan kitab Gürcüstan ictimaiyyətində böyük maraqla qarşılanacaq.

Gürcüstan-Azərbaycan Mədəni Əlaqələrinin İnkişaf Fondunun təşkil etdiyi mərasimdə Gürcüstanın Milli Elmlər Akademiyasının vitse-prezidenti Roin Metreveli, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, deputat Nizami Cəfərov, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, azərbaycanlı və gürcü ziyalılar iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

"AA" seriyalı lüks avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu

"AA" seriyalı lüks avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu

Çak Norris VƏFAT ETDİ

Çak Norris VƏFAT ETDİ

Bakıda ağır qəza: BMW yandı - FOTO

Bakıda ağır qəza: BMW yandı - FOTO

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Dizellə bağlı rəsmi məlumat

Dizellə bağlı rəsmi məlumat

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

End of content

No more pages to load

RADİO