Azərbaycan Dövlət Himninin müəllifi, şair Əhməd Cavadın ata yurdu yararsız haldadır.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Şairin Şəmkir rayonu Seyfəli kəndindəki doğulduğu ev uçulmaq üzrədir. Mədəniyyət Nazirliyi məsələyə münasibət bildirib.
Nazirliyin açıqlamasına görə, Əhməd Cavadın Ev-Muzeyi fəaliyyət göstərmir.
“Həmçinin, kütləvi informasiya vasitələrində və sosial mediada yer alan görüntülərdə Əhməd Cavada məxsus olduğu iddia edilən obyekt Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq olunmuş dövlət mühafizəsində olan tarix-memarlıq abidələrinin siyahısında yer almayıb”, - məlumat qeyd edilib.
Bizim.Media