Mədəniyyət nazirliyi Tahir Salahovun vəfatı ilə bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi Azərbaycanın dünya şöhrətli rəssamı Tahir Salahovun vəfatı ilə əlaqədar nekroloq yayıb.

Bizim.Media xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan incəsənətinə ağır itki üz verib. Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, dünya şöhrətli fırça ustası Tahir Teymur oğlu Salahov 21 may 2021-ci ildə, ömrünün 92-ci ilində vəfat edib.

Tahir Salahov müasir rəssamlıq məktəbinin görkəmli nümayəndəsi olaraq uzunmüddətli səmərəli və bənzərsiz yaradıcılığı ilə zəngin mədəniyyət salnaməmizə yeni səhifələr yazıb.

Onun milli sənət xəzinəmizin qızıl fondunda özünə həmişəlik layiqli yer tutan əsərləri Azərbaycan təsviri sənətinə geniş şöhrət qazandırıb. Fırça ustasının Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirən, mövzu, forma, janr əlvanlığı və estetik kamilliyi ilə seçilən ecazkar rəsmləri ülvi bəşəri dəyərlər və ali məqsədlər naminə humanist fikirlər təlqin edir.

Azərbaycanın (1963) və SSRİ-nin (1973) “Xalq rəssamı” fəxri adlarına layiq görülən sənətkar müstəqil respublikamızın da ən ali təltiflərinə – 1998-ci ildə “İstiqlal”, 2008-ci ildə “Heydər Əliyev” ordenlərinə, 2015-ci ildə Heydər Əliyev mükafatına, 2018-ci ildə isə 90 illik yubileyi ərəfəsində 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb.

Rəssamın müxtəlif ölkələrdə mötəbər məkanlarda sərgiləri keçirilib. Onun əl işləri hazırda da yüksək titullara layiq görülərək yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir.

Uzun illər SSRİ Rəssamlar İttifaqı İdarə heyətinin birinci katibi olan Tahir Salahov 20 ildən çox idi Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərirdi.

Tahir Salahovun işıqlı xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Çak Norris VƏFAT ETDİ

Çak Norris VƏFAT ETDİ

Bakıda ağır qəza: BMW yandı - FOTO

Bakıda ağır qəza: BMW yandı - FOTO

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

End of content

No more pages to load

RADİO