Mədəniyyətimizdə yeni çağ: Son bir ildə bu sahə necə dəyişdi? - FOTO

Son günlər Mədəniyyət Nazirliyi ətrafında ilk baxışdan kampaniya məqsədi daşıdığı aydın görünən proses baş verir. Bəzi sənət adamları nazirliyin əməkdaşına qarşı müxtəlif ittihamlar irəli sürür. 

Məlumatlara görə, nazir Adil Kərimli də bu məsələni nəzarətə götürüb. Təbii ki, prosesin inkişafında həqiqətlər ortaya çıxacaq, lakin burada əsas məqam hansısa məsələyə, yaxud kiminsə şikayətinə görə Mədəniyyət Nazirliyinin, xüsusilə nazir Adil Kərimlinin fəaliyyətinin kölgələnməsidir. Əslində, nazirin şikayətlərə yanaşması onun fəaliyyətinin şəffaflıq prinsiplərinə əsaslandığını təsdiq edir. Şikayətçilərdən olan xanəndə Almaxanım Əhmədlinin atası, tanınmış şair, professor Vüqar Əhməd də bildirib ki, mədəniyyət naziri Adil Kərimli çox ziyalı, alicənab insandır.

Mədəniyyət Nazirliyində uzun müddət öncədən yığılıb qalmış problemlərin olduğu heç kəsə sirr deyil. Yəni, hazırki nazirin sələflərinin dövründə baş verənlər bunun əyani nümunəsidir.


2001-ci ildən 2020-ci ilə qədər bu sahəyə rəhbərlik edən Əbülfəs Qarayevin fəaliyyəti haqda çox şey deməyə ehtiyac yoxdur. 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat, aşkarlanan qanunsuzluqlar və yeyinti faktları, həbslərin olması hər şeyi özündə ehtiva edir. Yumşaq desək, Əbülfəs Qarayev 19 il ərzində mədəniyyətimizə heç də “ağ gün” verməyib. Onun gedişindən sonra bu posta gətirilən Anar Kərimova “böyük ümidlər” yaranmışdı. Lakin Anar Kərimovun mədəniyyətimizə divan tutması üçün sələfi Əbülfəs Qarayev kimi 20 ilə yaxın müddət yox, cəmi iki il kifayət etdi.

Anar Kərimovun qarşısına qoyulan vəzifə Mədəniyyət Nazirliyində yaranmış qanunsuzluqları aradan qaldırmaq, dövlətin ayırdığı vəsaiti mədəniyyətimizin, incəsənətimizin inkişafına yönəltmək idi. Bir sözlə, ondan ədaləti bərpa etməsini istəmişdilər. Anar Kərimov isə “ədaləti bərpa etmək” adı ilə ədalətsizliklər etməyə davam etdi.

Birinci nümunə. Tender monopoliyasını davam etdirdi. Belə ki, Əbülfəs Qarayevin dövründən Mədəniyyət Nazirliyinin əsas “tender tərəfdaşı” olan “STONE CONSTRUCTİON” QSC-yə təxminən 1.5 milyonluq tender verdi. Bu açıq şəkildə tender adı altında büdcə pullarının mənimsənilməsi demək idi.

İkinci nümunə. Şuşa və Hacıkənd festivallarındakı biabırçılıqlar unudulmayıb. Mediada bu festvilların keçirilməsi üçün milyonlarla vəsaitin “yoxa çıxması” haqda məlumatlar var. Yaxud Yazıçılar Birliyinin 230 minə başa gələn qurultayı ilə bağlı da eyni fikirlər səsləndirilir.

Üçüncü nümunə. Mədəniyyət Nazirliyinin 44 günlük Vətən müharibəsi haqqında 8 seriyalı bədii filmin çəkilməsi üçün elan etdiyi tenderin qalibi Türkiyənin “Bozdağ Film Yapım Prod. Rek. İnş. Tur. San. Tic. AŞ” şirkəti olmuşdu. Seriyalın çəkilişi üçün dövlət büdcəsindən 3 milyon vəsait ayrıldı. Filmin ilk seriyasının nümayişi Zəfər Günündə nəzərdə tutulsa da, türkiyəli çəkiliş qrupu işi yarımçıq qoyaraq, Azərbaycanı tərk etmişdi. Buna səbəb də nazirliyin filmin çəkilməsi üçün ayrılan 3 milyon vəsaitin 2,2 milyonunu Türkiyə şirkətinə ödənməməsi idi.

Dördüncü nümunə. Anar Kərimovun həyat yoldaşı üçün paytaxtın mərkəzi küçələrindən birində ümumi sahəsi 400 kvadratmetr olan 3 milyon manatlıq ofis aldığı da uzaq tarixin hadisəsi deyil.

Belə nümunələrin sayı kifayət qədərdir. Hələ Anar Kərimovun qocaman mədəniyyət xadimlərinə etdiyi hörmətsizlikləri, nazir işləyərkən ətrafında “modellər” topladığı, mədəniyyət adına layiq olmayanlara vəsaitlər xərclədiyini demirik. Yəni mədəniyyətimiz Əbülfəs Qarayevdən də, onun xələfi Anar Kərimovdan da çox zərərlər gördü.


Yeni-yeni dirçəlməyə başlayır ki, bu da məhz Mədəniyyət Nazirliyinin yeni rəhbərliyinin, birbaşa nazir Adil Kərimlinin gördüyü işlərin nəticəsidir. Məsələ kimisə pisləyib, kimisə göylərə qaldırmaq deyil. Ortada konkret faktlar var və sadalanan fakt qarşısında hər şey acizdir. Axı 2001-ci ildən 2022-ci ilə qədər mədəniyyət sahəsi dövlət vəsaitlərinin yoxa çıxdığı “bataqlığa” çevrilmişdi. Nazirlikdə rəhbər dəyişikliyindən qısa müddət sonra mədəniyyətimizdə müsbət hadisələrin şahidi olmadığımız aradakı fərqi aydın göstərir.


“Xarıbülbül” beynəlxalq musiqi festivalının yüksək səviyyədə təşkil edilməsi, mədəniyyətimizin, incəsənətimizin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlər göz önündədir. Nazirliyin “Yaradıcı Azərbaycan”, “Sənatkarın dostu”, “Mədəni gənclik” kimi əhəmiyyətli layihələr həyata keçirməsi, “Yay məktəb”ləri, xüsusilə bunu azad olunmuş ərazilərdə təşkil etməsi müsbət nümunələrdəndir. Təkcə son bir ildə bir-birindən maraqlı film nümunələrinin ərsəyə gəlməsi real vəziyyəti göstərir. Halbuki illərlə “niyə yaxşı filmlər bizdə yoxdur”, “bu qədər pul ayrılır, nə üçün normal film çəkilmir” şikayətləri edirdik. İndi isə kino nümunələrinə baxaraq, “bizdə də belə filmlər çəkilə bilər” deyirik. Çünki dövlətin vəsaitini təyinatı üzrə xərclənir. 


Səfəvilər dövlətinin banisi və ilk hökmdarı olmuş Şah İsmayıl Xətainin 1508-ci ilə aid Fərmanının İngiltərənin “Christie’s” hərracında alınaraq, Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilməsi də milli-mədəni irsimizin qorunmasına verilən mühüm töhfələrdən biridir. Bu Fərman Şah İsmayıl Xətainin sağlığında yazılan və müasir dövrümüzə qədər gəlib çatan 20 sənəddən biridir. Belə bir sənədin Azərbaycana gətirilməsi tariximiz adına mühüm addımlardandır.


Mədəniyyət Nazirliyinin son bir ildə həyata keçirdiyi işləri nəzərə alanda mədəniyyətimizdə yeni çağın başlandığına əminlik yaranır. 

Atalarımızın məşhur sözü var: “Zərin qədrini zərgər bilər”. Cənab Prezident İlham Əliyevin mədəniyyətimizi həvalə etdiyi şəxslər onun qədrini bilir və həm qoruyur, həm də inkişaf etdirir.

Vasif Həsənli, Demokrat.az xəbər portalının rəhbəri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Real”da CİDDİ İTKİ

“Real”da CİDDİ İTKİ

Vens: “Tramp bizi uzunmüddətli və uzanan münaqişələrə cəlb etməkdə maraqlı deyil”

Vens: “Tramp bizi uzunmüddətli və uzanan münaqişələrə cəlb etməkdə maraqlı deyil”

Oğlu başqa ölkədə yaşayacaq

Oğlu başqa ölkədə yaşayacaq

Xarici qüvvələrin OYUNCAQLARI - Tural Abbaslı söyüş blogerlərinin feyk kampaniyasından DANIŞDI

Xarici qüvvələrin OYUNCAQLARI - Tural Abbaslı söyüş blogerlərinin feyk kampaniyasından DANIŞDI

Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü TƏSDİQLƏDİ

Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü TƏSDİQLƏDİ

“Turan Tovuz”un futbolçuları milli komandaya ÇAĞIRILDI

“Turan Tovuz”un futbolçuları milli komandaya ÇAĞIRILDI

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

F.S. qarayaxma kampaniyasındakı görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO

F.S. qarayaxma kampaniyasındakı görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO

AYB-nin Həmkarlar İttifaqına yeni sədr SEÇİLDİ

AYB-nin Həmkarlar İttifaqına yeni sədr SEÇİLDİ

Riçard Almeyda Braziliyada klubunu DƏYİŞDİ

Riçard Almeyda Braziliyada klubunu DƏYİŞDİ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ

Xırdalanın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Xırdalanın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik” - VİDEO

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik” - VİDEO

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

End of content

No more pages to load

RADİO