Arif Quliyev yaşasaydı, bu gün 71 yaşını qeyd edəcəkdi - FOTOLAR

Azərbaycan Respublikasının Xalq artisti Arif Quliyevin bu gün doğum günüdür.

Bizim.Media xəbər verir ki, Arif Quliyev 16 may 1950-ci ildə Şirvan (Əli-Bayramlı) şəhərində doğulub.

1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun “Dram və kino aktyorluğu” fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib.
 

MÖVZU İLƏ BAĞLI:

Sənət yoldaşları Arif Quliyevdən danışdı - “Gecə - gündüz onun üçün dua edirdim”


1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirib.

Aktyor müxtəlif səpgili və xarakterli obrazlar yaradıb.

Teatr səhnəsində ifa etdiyi Şərbətəli (“Təzə gəlin”), Salyanski (“Gözün aydın”), Əli (“Qaynana”), Dursun (“Durna”), Mürsəl (“Gurultulu məhəbbət”), İbişov (“Özümüz bilərik”), Dursunov (“Hicran”), Tofiq (“Ev bizim, sirr bizim”), Hambal (“Məşədi İbad”), Mirzəqulu (“Durnalar qayıdanda”), Səbzəli (“Məhəbbət, şeytan və ağ ölüm”) kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.

Arif Quliyevin yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun “Şans”, “Bığ əhvalatı”, “Qaynana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb.
 

Xalq artisti İrəvan Dövlət Azərbaycan Dram Teatrında da işləyib. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəri olub. 1982-ci ildə Respublika Gənclər mükafatına, 1989-cu ildə Əməkdar artist fəxri adına, 1993-cü ildə isə “Humay” mükafatına layiq görülüb.


1993-cü ildə Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunub. Elə həmin il Xalq artisti fəxri adına layiq görülüb. 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə “Qızıl Dərviş”, 2012-ci ildə “Zirvə” mükafatına, 2014-cü ildə “Sənətkar” medalına layiq görülüb. 

Xalq artisti 7 may 2021-ci il tarixində COVID-19 səbəbindən vəfat edib. O, Qurd qapısı qəbiristanlığında dəfn edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Epşteyn sənədlərinə görə slovakiyalı diplomat istefa verdi

Epşteyn sənədlərinə görə slovakiyalı diplomat istefa verdi

Masazırda bir neçə ev su altında qaldı - FOTO

Masazırda bir neçə ev su altında qaldı - FOTO

Barak Obama həbs ediləcək?

Barak Obama həbs ediləcək?

Liviyada qum fırtınası - Məktəblər bağlandı

Liviyada qum fırtınası - Məktəblər bağlandı

Nə İrana, nə də ABŞ-a müharibə lazımdır - Pezeşkian

Nə İrana, nə də ABŞ-a müharibə lazımdır - Pezeşkian

Elektromobillərlə bağlı SENSASİON İDDİA – Ölümcül xəstəliklərə səbəb olur?

Elektromobillərlə bağlı SENSASİON İDDİA – Ölümcül xəstəliklərə səbəb olur?

Tramp: “Qrenlandiya danışıqları başladı, razılaşma olacaq”

Tramp: “Qrenlandiya danışıqları başladı, razılaşma olacaq”

Samir Bağırov narkotik asılılığından danışdı: "Həyatımın ən qaranlıq dövrü idi" - VİDEO

Samir Bağırov narkotik asılılığından danışdı: "Həyatımın ən qaranlıq dövrü idi" - VİDEO

Hər BÜRC üçün fevralın ən xoşbəxt günü

Hər BÜRC üçün fevralın ən xoşbəxt günü

Qışın "antivirus" sirri açıldı: Xəstələnməmək üçün bunu edin

Qışın "antivirus" sirri açıldı: Xəstələnməmək üçün bunu edin

Azərbaycanlı MMA döyüşçüsü UFC 325 turnirində məğlub oldu - VİDEO

Azərbaycanlı MMA döyüşçüsü UFC 325 turnirində məğlub oldu - VİDEO

Tramp: “Hindistan İrandan deyil, Venesueladan neft alacaq”

Tramp: “Hindistan İrandan deyil, Venesueladan neft alacaq”

Təyyarədə qorxulu anlar: Rusiyalı sərnişin soyunub... - VİDEO

Təyyarədə qorxulu anlar: Rusiyalı sərnişin soyunub... - VİDEO

Batareya iki dəfə daha uzun enerji saxlayacaq - Smartfonda bunları edin

Batareya iki dəfə daha uzun enerji saxlayacaq - Smartfonda bunları edin

"Qarabağ" bu gün "Turan Tovuz"u sınağa ÇƏKƏCƏK

"Qarabağ" bu gün "Turan Tovuz"u sınağa ÇƏKƏCƏK

Zaqatalada hoteldə yanğın - XƏSARƏT ALAN VAR

Zaqatalada hoteldə yanğın - XƏSARƏT ALAN VAR

Tovuzda 32 yaşlı şəxs kafedə bıçaqlandı

Tovuzda 32 yaşlı şəxs kafedə bıçaqlandı

“Qarabağ” ilk transferini reallaşdırdı

“Qarabağ” ilk transferini reallaşdırdı

Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...

Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...

Xankəndidə hazırda nə qədər erməni yaşayır? - SAY AÇIQLANDI

Xankəndidə hazırda nə qədər erməni yaşayır? - SAY AÇIQLANDI

Roma bazilikasında mələklə Meloni arasında heyrətamiz oxşarlıq - FOTO

Roma bazilikasında mələklə Meloni arasında heyrətamiz oxşarlıq - FOTO

Tovuzda avtomobil işıq dirəyinə çırpıldı - Sürücü xəsarət aldı

Tovuzda avtomobil işıq dirəyinə çırpıldı - Sürücü xəsarət aldı

Gəncədə 2 avtomobil toqquşdu - 2 yaralı var

Gəncədə 2 avtomobil toqquşdu - 2 yaralı var

Səhiyyə Nazirliyinin balansında olan tikili yandı

Səhiyyə Nazirliyinin balansında olan tikili yandı

End of content

No more pages to load

RADİO