Antalyada azərbaycanlı sənətçilərin konserti keçirildi - FOTO

Türkiyədə keçirilən III Beynəlxalq Antalya Yörük Türkmən Festivalı çərçivəsində azərbaycanlı sənətçilərin təntənəli konsert proqramı təşkil olunub.

Bizim.Media xəbər verir ki, ölkəmiz festivalda Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin təşkilatçılığı ilə təmsil edilib.

Festival çərçivəsində Azərbaycanın Xalq artisti Azərin, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin solisti Vüsalə Əsgərova, mərkəzin “Xəzər” Xalq Rəqsləri Ansamblı, eləcə də tarzən Pərviz Musayevin iştirakı ilə möhtəşəm konsert proqramı keçirilib. Sənətçilərimizin ifasında səsləndirilən milli və xalq musiqilərimiz tədbirə xüsusi rəng qatıb.

Konsertdə Türk dünyası arasında həmrəylik, Vətən, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş mahnılar, “Azərbaycan suitası”, “Cəngi” kimi milli rəqslərimiz tamaşaçılara təqdim edilib. Sənətçilərimizin çıxışı festival sahəsində toplanan tamaşaçılar tərəfindən xüsusi alqış və birlik şüarları ilə qarşılanıb.

Proqramdan sonra çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tədbirin təşkilatçılarına təşəkkürünü ifadə edərək, Türkiyə-Azərbaycan, eləcə də bütün türkdilli xalqların birliyinin ölkələrimiz üçün əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Antalyanın bənzərsiz təbii gözəllikləri ilə əhatə olunmuş Döşemealtı Düzlerçamı Karaman piknik sahəsində təşkil olunan festivalı bu il təxminən 350 mindən artıq insan ziyarət edib ki, bu da rekord göstəricidir. Üç gün davam edən festivala yerli əhali ilə yanaşı, Antalyada olan turistlər də böyük maraq göstərib.
 

Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti kimi ölkələrlə yanaşı, Bosniya və Herseqovina, Serbiya, Yunanıstan, Şimali Makedoniya, Bolqarıstan, Əfqanıstan, Suriya, İran, İraq, Rumıniya, Gürcüstan, Çin və Ukrayna da təmsil olunub.


Festivalın əsas məqsədi yörük mədəniyyətini gələcək nəsillərə əhatəli şəkildə çatdırmaqdır.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentin sosial media hesablarında Xanobaya səfəri ilə bağlı VİDEOÇARX paylaşılıb

Prezidentin sosial media hesablarında Xanobaya səfəri ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

"Altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm" - Prezident

"Altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm" - Prezident

ABŞ-ın Milli Kəşfiyyat rəhbəri: “Ölkəni 16 mindən çox nüvə raketi təhdid edəcək”

ABŞ-ın Milli Kəşfiyyat rəhbəri: “Ölkəni 16 mindən çox nüvə raketi təhdid edəcək”

Qeyri-rəsmi nikahda olduğu 16 yaşlı qızı boğaraq Kürə atan şəxsin cəzası AĞIRLAŞDIRILDI

Qeyri-rəsmi nikahda olduğu 16 yaşlı qızı boğaraq Kürə atan şəxsin cəzası AĞIRLAŞDIRILDI

Qusarda rayon rəhbərliyinin iştirakı ilə iftar süfrəsi təşkil olunub - FOTO

Qusarda rayon rəhbərliyinin iştirakı ilə iftar süfrəsi təşkil olunub - FOTO

“Real”da CİDDİ İTKİ

“Real”da CİDDİ İTKİ

Vens: “Tramp bizi uzunmüddətli və uzanan münaqişələrə cəlb etməkdə maraqlı deyil”

Vens: “Tramp bizi uzunmüddətli və uzanan münaqişələrə cəlb etməkdə maraqlı deyil”

Oğlu başqa ölkədə yaşayacaq

Oğlu başqa ölkədə yaşayacaq

Xarici qüvvələrin OYUNCAQLARI - Tural Abbaslı söyüş blogerlərinin feyk kampaniyasından DANIŞDI

Xarici qüvvələrin OYUNCAQLARI - Tural Abbaslı söyüş blogerlərinin feyk kampaniyasından DANIŞDI

Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü TƏSDİQLƏDİ

Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü TƏSDİQLƏDİ

“Turan Tovuz”un futbolçuları milli komandaya ÇAĞIRILDI

“Turan Tovuz”un futbolçuları milli komandaya ÇAĞIRILDI

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

F.S. qarayaxma kampaniyasındakı görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO

F.S. qarayaxma kampaniyasındakı görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO

AYB-nin Həmkarlar İttifaqına yeni sədr SEÇİLDİ

AYB-nin Həmkarlar İttifaqına yeni sədr SEÇİLDİ

Riçard Almeyda Braziliyada klubunu DƏYİŞDİ

Riçard Almeyda Braziliyada klubunu DƏYİŞDİ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ

Xırdalanın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Xırdalanın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

End of content

No more pages to load

RADİO