"Nizaminin evi" təmir edilir - FOTO

Gəncənin qədim Bala Bağman adlanan ərazisində yerləşən, 1982-ci ildə “Nizami” bədii filminin çəkilişləri üçün inşa edilmiş, əhali arasında “Nizaminin evi” kimi tanınan tikili yenidən bərpa olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai şuranın üzvü, “Cavad xan” Tarix Mədəniyyət Fondunun 1-ci vitse-prezidenti Müzadil Həsənov deyib.

O bildirib ki, yaxın günlərdə başlayacaq təmir-bərpa işləri ilə bağlı artıq Mədəniyyət Nazirliyi və Mədəni İrsin Qorunması və Bərpası Agentliyi ilə birgə sıx əməkdaşlıq çərçivəsində layihənin ilkin variantı hazırlanır.
 

MÖVZU İLƏ BAĞLI:

Niderlandda “Nizami Gəncəvi” poçt markaları nəşr edilib - FOTO


“İki aydan artıqdır ki, layihənin hazırlanması işlərinə start vermişik. Böyük ehtimalla, yaxın 1 ay ərzində təmir-bərpa işlərinə başlayacağıq.

Nəzərdə tutulub ki, ilin sonlarına qədər təmir-bərpa işlərini yekunlaşdıraq”, - deyə Müzadil Həsənov qeyd edib.

“Nizami” bədii filminin bir çox kadrları bu evdə lentə alınıb. Tikili 1984-cü ildə Nizami Gəncəvinin ev-muzeyi statusu alsa da, sonradan baxımsızlıqdan yararsız hala düşüb. Təmir-bərpa işləri zamanı tikilinin tarixiliyini qorumaq üçün Gəncənin qədim tikinti üslubundan da istifadə ediləcək.

“Nizaminin evinin tarixiliyini və klassik memarlıq üslubunu qorumaq üçün restavrasiya işləri zamanı Gəncənin keçmiş memarlıq üslubuna xas olan çay daşları və köhnə Gəncə kərpiclərinin sintezindən istifadə ediləcək.

Evin xarici görkəminin və həyətinin yenidən qurulması zamanı da qədim memarlıq üslubları nəzərə alınacaq”, - deyə “Cavad xan” Tarix Mədəniyyət Fondunun 1-ci vitse-prezidenti vurğulayıb.

İki otaqdan ibarət evin pəncərələrində Nizaminin əsərlərindən miniatürlərin əks olunması nəzərdə tutulub. Həyətdə yerləşən mənşəl və at tövləsi yenidən bərpa olunacaq.

Əlavə dekorativ elementlər artırılaraq həyətdə milli mədəniyyətimizin əks etdirilməsi üçün sənətkarlıq guşələri yaradılacaq. Həmçinin həyətdə qədim Gəncə məhəllələrinə məxsus tağlı üzüm çardaqlar da quraşdırılacaq.
​​​​​​​

Tikilinin gələcəkdə həm mədəni tədbirlərin keçiriləcəyi etnoqrafik məkanlarından biri kimi, həm də şəhərin qonaqları və turistlərin diqqət mərkəzində olacağı bir məkan kimi istifadəsi nəzərdə tutulur.


Qeyd edək ki, bu il böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev yanvarın 5-də 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. “Nizaminin evi”nin təmir-bərpa işləri “Nizami Gəncəvi İli”nə növbəti töhfə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Çak Norris VƏFAT ETDİ

Çak Norris VƏFAT ETDİ

Bakıda ağır qəza: BMW yandı - FOTO

Bakıda ağır qəza: BMW yandı - FOTO

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Dizellə bağlı rəsmi məlumat

Dizellə bağlı rəsmi məlumat

End of content

No more pages to load

RADİO