Qarabağ və Şərqi Zəngəzurda 705 tarixi mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb.
Bizim.Media xəbər verir ki, bunu Mədəniyyət nazirinin müavini Səadət Yusifova "Arxeoloji turizm və dayanıqlı idarəetmə" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, işğaldan azad olunmuş torpaqlarda işğal zamanı dağıdılan abidələrin bir neçəsi bərpa olunub.
"Yerli və xarici mütəxəssislər bu işə cəlb olunub. Ermənilərin vəhşicəsinə dağıtdığı abidələrimiz, müqəddəs məkanlarımız bərpa edilərək əsl sahiblərinin hüzuruna verilib".
Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media