İran dövlət televiziyası Məhəmməd Füzulini təhqir etdi

İran dövlət televiziyasında ədəbiyyat müəlliminin azərbaycanlı şair Məhəmməd Füzuli barədə dediyi sözlər ölkədəki türklərin sərt reaksiyalarına səbəb olub.

Bizim.Media xəbər verir ki, televiziyada yayımlanan dərs zamanı müəllim Füzuli əbəs yerə "Füzuli" (boş, mənasız, cəfəng, uzunçuluq edən; orijinal ərəbcədə maraqlı, hər şeylə maraqlanan, hər işə qarışan kəs) təxəllüsünü almadığını deyib.

“Saib Təbrizi nə yazdısa, Füzuli türkcə divanına öz şeiri kimi daxil edib”, - deyə müəllim tarixi qarışdıraraq, sərsəmləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Misirin dövlət telekanalında Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlandı - FOTO


Saib Təbrizinin Füzulidən təxminən 40 il sonra dünyaya gəldiyinə baxmayaraq, iranlı müəllimin Füzuli ilə bağlı bu cür sərsəmləməsi kəskin reaksiyalara səbəb olub.

Hadisədən bir gün sonra İran dövlət televiziyası mövzu ilə bağlı üzr mesajı yayımlasa da, bu, etirazların kəsilməsinə bəs etməyib.

Bir gün sonra yenidən ibtidai məktəb tədris proqramında müəllimin “keçmişdə türk idarəçilərin xüsusiyyətləri nələrdir?” sualına “səhrada gəzən bədəvilər” cavabı verməsi isə ocağa yağ atıb.

İranlı akademik, Ankara Universitetinin professoru Məhəmməd Rza Heyət məsələ ilə bağlı açıqlama yayıb.

“İranda dövlətə məxsus qurumlar və ya media orqanları vasitəsilə türkləri təhqir etmək ölkənin birliyinə zərər verir.

Füzuli İran, Azərbaycan bölgəsində yüksək qiymətləndirilən türk şairidir. XVI əsrdə Əlişir Nəvai şərq türkləri arasında məşhurlaşdığı kimi, Füzuli də qərb türkləri arasında məşhur idi. Füzuli ərəb, fars və türk dillərində əsərlər yazıb.

Ən güclü əsərləri türk dilində idi. İranda müasir təhsil tətbiq olunmadan əvvəl Təbriz kimi türk şəhərlərində Füzulinin əsərləri dərs vəsaiti kimi istifadə olunurdu. 1979-cu il inqilabına qədər Füzulinin türkcə divanı İranın türk bölgələrində demək olar ki, bütün evlərdə tapılırdı.

"Füzulinin kitabları inqilabdan sonra da ən çox nəşr olunan və oxunanlar kitablar arasında idi”, - professor bildirib. (kult.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran yenə İsrailə raket atdı

İran yenə İsrailə raket atdı

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Çak Norris VƏFAT ETDİ

Çak Norris VƏFAT ETDİ

Bakıda ağır qəza: BMW yandı - FOTO

Bakıda ağır qəza: BMW yandı - FOTO

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO