VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb - FOTO

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ilk günün son tədbiri dini liderlərin plenar sessiyası olub.

Bizim.Media xəbər verir ki, tədbirə dünyanın 38 ölkəsindən və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddizm, hinduizm və digər dinlərin liderləri və nümayəndələri qatılıblar.

BMT Sivilizasiyalar Alyansının nümayəndəsi Nihal Saadın moderatorluğu ilə keçirilən “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusunda plenar sessiyada əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos əsas məruzə ilə çıxış ediblər.

Allahşükür Paşazadə Azərbaycanın dinlərarası dostluq və qardaşlıq mühitində uğurlu birgəyaşayış modelinin bütün dünya üçün örnək olduğunu bildirib.
Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək irəli sürdüyü multikulturalizm və İslam həmrəyliyi kimi ümumbəşəri ideyalar həmrəyliyə, sülhə xidmət edir.

Şeyxülislam vurğulayıb ki, COP tədbirləri çərçivəsində dini liderlərin iştirakı ilə sülh naminə real əməkdaşlıq müstəvisinin təşkili istiqamətində səylər təqdir olunmalıdır.

Radikalizmin mənfi təsirlərindən danışan Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib:

“Bəzi Avropa ölkələrində Quranın yandırılması, məscidlərə hücum və bu kimi digər halları dini dəyərlərə nifrətin nümunələri kimi şiddətlə pisləyirik”.

O, müdrik siyasi xətt yürütdüyünə, dinlərarası həmrəylik və əməkdaşlıq istiqamətində dəyərli və ardıcıl səylərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Azərbaycan dindarları və dini liderlərin plenar sessiyasının iştirakçıları adından təşəkkürünü bildirib.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos bu mötəbər tədbirə ev sahibliyi üçün Azərbaycana təşəkkürünü ifadə edib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçıları ilə görüşündə mühüm mesajlar verdiyini və istiqamət göstərdiyini diqqətə çatdıraraq deyib:

“Azərbaycanın dövlət başçısı noyabr ayında COP29-la bağlı pavilyonların yaradılacağını bildirdi. Düşünürəm ki, dini liderlər bu imkandan maksimum istifadə etməlidirlər.

BMT-nin gənclər proqramından danışan ali nümayəndə dini liderləri gənclərlə bağlı layihələrə dəstək verməyə çağırıb.

Sonra çıxış edən Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdül Salam, Avropa Yəhudi Ravvinlər Konfransının prezidentinin Aparat rəhbəri Ravvin Godi Groniç, Livan Milli Müsəlman-Xristian Mərkəzinin Baş katibi Məhəmməd Sammak və digərləri tədbirin təşkilində BMT-nin Sivilizasiyalar Alyansının və ICESCO-nun rolunu və iştirakını yüksək qiymətləndiriblər.
Onlar dünya müsəlmanları ilə dialoqun qurulmasının, müsəlman və xristian dinlərindən olan insanların birliyinin əhəmiyyətini qeyd edib, radikalizmin mənfi təsirləri ilə mübarizə aparmağın vacibliyini diqqətə çatdırıblar. Vurğulanıb ki, dinindən, irqindən asılı olmayaraq bütün insanlar bərabərdir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

End of content

No more pages to load

RADİO