Bir sıra incəsənət nümayyəndələri Şuşaya yollanıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Xalq artisti Mənsum İbrahimov sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
Səfər zamanı xanəndə “Yolumuz Şuşayadır, inşallah. Allah cəmi şəhidlərimizə rəhmət eləsin” sözlərini yazıb.
Sözügedən fotolarda Xalq artisti Nəzakət Teymurova, Əməkdar artist Təyyar Bayramov, xanəndə Qəzənfər Məmmədov, Sədəf Budaqova və başqaları yer alıb.
Rəşad Əliyev, Bizim.Media