Mahnısı ermənilər tərəfindən oğurlanan Ağadadaş: “Cəzalandırılsınlar ki, digərlərinə də dərs olsun” - ÖZƏL/VİDEO

“Dodağına gülüş qonub” mahnısını oxuduğum tarixdən bu günə 45 yaşı olur. Bu mahnını məndən sonra bu sözlərlə oxuyan saysız-hesabsız sənət adamları var. Türkiyədə də, Özbəkistanda da var... Bir sözlə bütün türk dilli xalqlarda. “Dodağına gülüş qonub” mahnısı mənim sənətimin “pasportu”, “vizit kartı”dır. Bu mahnının sözləri və musiqisi mənə aiddir. Bu erməni “dığaları” utanmadan, həyazıscasına mənim bu nəğməmi oxuyublar. Onlar bir çox mahnılarımızı oğurlayıb bütün dünyaya informasiya yayıllar ki, bu da bizimdir”. 

Bu sözləri Xalq artisti Ağadadaş Ağayev Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Xalq artistinin mahnısını oğurladılar - VİDEO


Sənətkar erməni müğənnisi Armen Aloyan tərəfindən onun “Dodağına gülüş qonub” mahnısını oğurlayaraq ifa etməsinə sərt şəkildə reaksiya bildirib: 

“Tək “Dodağına gülüş qonub” mahnımı deyil, eyni zamanda bir sıra digər nəğmələrimi də ermənilər oğurlayaraq ifa ediblər. 20 yaşlı erməni qız da mahnılarımı oxuyub. Onlar mənim “Sən oldun” mahnıma da girişməyə başlayıblar. Bu nəğməni isə mən Baba Vəziroğlu ilə yazmışam.

Musiqisini mən bəstələmişəm, o da sözlərini yazıb. Bunları danışmaqda məqsədim odur ki, mən tənbəl adamam. Gedib Müəllif Hüquqları Agentliyinə müraciət etməmişəm. Oradan mənə bəlkə 50 dəfədən artıq zəng ediblər. Mənim 100-ə yaxın yazdığım mahnılarım var. Onları mütləq şəkildə qeydiyyatdan keçirdəcəyəm. Bu işləri isə oğluma tapşırmışam. Musiqilərdəki notları çıxarıb Agentliyə təqdim edəcəyəm”.  

Erməniləri xain adlandıran müğənni nəqmələrində Azərbaycan çalarlarının açıq şəkildə hiss edildiyini deyib:

“Onlar yalnız öz sözləri ilə bu mahnını oxuyublar. Bu nəğmədə təmiz Azərbaycan çalarları var. Əgər mən bu mahnını başqa xalqdan götürsəydim onların şivəsi hiss edilərdi. Bu nəğməni 19-20 yaşımda oxumuşam. Mahnımı oxuyan o erməni Armen Aloyan nəyin ki, bərbad oxuyub, musiqisini də bərbad çalıblar.

Bizim içimizdəki bəzi insanlardan da o çalğıya qulaq asıb bəh-bəh deyənlər var və ən dəhşətlisi aralarında musiqiçilərimizin olmasıdır. Ayıb olsun!  Bu mental dəyərlərimizə çox böyük zərbədir. Bəzi üzdən iraq musiqiçilərimizə üzümü tutub deyirəm ki, sizə ayıb olsun ki, mahnılarımızı oxuyan o ermənilərə təriflər yağdırırsınız. Qanmazın biri, sən bu musiqinin içinə axı niyə girmisən? Belə parazitlər bilirsiniz nə qədərdir?

Mən onların azərbaycanlı olduğuna inanmıram. Onların genində erməni “kodu” var. Hər musiqimin arxasında bir əsgər kimi durmuşam və hələ ölməmişəm, yaşayıram. Hər 3-4 ildən bir ermənilər mahnılarımı həyasızcasına ifa edirlər.
Çox istəyirəm ki, bu hadisə səssiz ötüşməsin. Məsələ dövlət səviyyəsində müzakirəyə çıxarılsın və mahnılarımızı oğurlayan ermənilər cəzalandırılsın. Beləcə, digərlərinə də dərs olar”, deyə Ağadadaş Ağayev əlavə edib.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

End of content

No more pages to load

RADİO