“Vice News” xəbər kanalının Vətən müharibəsi dövründə çəkdiyi sənədli film Britaniyanın nüfuzlu “One World Media” mükafatına namizədlər siyahısına daxil edilib.
Bizim.Media mükafatın rəsmi saytına istinadla məlumat verir ki, Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” adlanın film “İlin xəbər mükafatı” nominasiyası üzrə mükafata namizəddir.
Filmdə hərbi əməliyyatlar zamanı ermənilərin mülki əhaliyə qarşı törətdikləri cinayətlər əks olunur.
Qeyd edək ki, “One World Media”nın builki seçimlərdə 96 ölkədən 500-dən çox iş təqdim edilib.
Qaliblərin adları iyunun 17-də açıqlanacaq.
Bizim.Media