Azərbaycanda olan kino ittifaqlarının – Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı keçirilir.
Bizim.Media xəbər verir ki, konfransda yeni yaradılacaq təşkilatın Nizamnaməsinin təsdiqi, sədrinin və idarə heyətinin seçilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır.
Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media