Azərbaycan filmi dünyanın ən məşhur kinofestivalında iştirak edəcək - VİDEO

Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunmuş “Sonuncu” adlı sənədli film Rotterdam Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilib.

Bakı Media Mərkəzi PR və media ilə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, kinorejissor Fariz Əhmədovun “Sonuncu” sənədli filmi Festivalın “Qısa və orta metraj” (Short & Mid-length) bölməsində iştirak edəcək.

Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü.

Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır.

Son nəfəsini də adada alır… Elə kamera qarşısında. Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.

Qeyd edək ki, Rotterdam Beynəlxalq Film Festivalı dünyanın ən vacib kino müsabiqələrindən biri sayılır. “A” kateqoriyalı festivalın adı Avropanın Kann, Venesiya, Berlin, Lokarno və digər böyük festivalları ilə yanaşı çəkilir.

2-6 iyun 2021-ci il tarixlərində festivalın 50-ci buraxılışı keçiriləcək. “Sonuncu” filminin geniş auditoriyaya ilk təqdimatı da məhz bu festival çərçivəsində baş tutacaq.

Bizim.Media 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni görüntülər İranda qaranlıq həqiqətləri açdı - ANBAAN VİDEO

Yeni görüntülər İranda qaranlıq həqiqətləri açdı - ANBAAN VİDEO

İranda güclü zəlzələ oldu

İranda güclü zəlzələ oldu

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu gün Rəfah sərhəd məntəqəsi açılır

Bu gün Rəfah sərhəd məntəqəsi açılır

Tikinti materialları bu qədər bahalaşacaq

Tikinti materialları bu qədər bahalaşacaq

Pakistan ordusu Bəlucistanda 92 silahlını MƏHV ETDİ

Pakistan ordusu Bəlucistanda 92 silahlını MƏHV ETDİ

Ağsuda ağır qəza: Yaralılar var

Ağsuda ağır qəza: Yaralılar var

Kürdəmirdə “Prado” aşdı - 4 nəfər xəsarət aldı - FOTO

Kürdəmirdə “Prado” aşdı - 4 nəfər xəsarət aldı - FOTO

Azərbaycanda əhalinin artım tempi azalır - Çıxış yolları varmı?

Azərbaycanda əhalinin artım tempi azalır - Çıxış yolları varmı?

Epşteyn sənədlərinə görə slovakiyalı diplomat istefa verdi

Epşteyn sənədlərinə görə slovakiyalı diplomat istefa verdi

Masazırda bir neçə ev su altında qaldı - FOTO

Masazırda bir neçə ev su altında qaldı - FOTO

Barak Obama həbs ediləcək?

Barak Obama həbs ediləcək?

Liviyada qum fırtınası - Məktəblər bağlandı

Liviyada qum fırtınası - Məktəblər bağlandı

Nə İrana, nə də ABŞ-a müharibə lazımdır - Pezeşkian

Nə İrana, nə də ABŞ-a müharibə lazımdır - Pezeşkian

Elektromobillərlə bağlı SENSASİON İDDİA – Ölümcül xəstəliklərə səbəb olur?

Elektromobillərlə bağlı SENSASİON İDDİA – Ölümcül xəstəliklərə səbəb olur?

Tramp: “Qrenlandiya danışıqları başladı, razılaşma olacaq”

Tramp: “Qrenlandiya danışıqları başladı, razılaşma olacaq”

Samir Bağırov narkotik asılılığından danışdı: "Həyatımın ən qaranlıq dövrü idi" - VİDEO

Samir Bağırov narkotik asılılığından danışdı: "Həyatımın ən qaranlıq dövrü idi" - VİDEO

Hər BÜRC üçün fevralın ən xoşbəxt günü

Hər BÜRC üçün fevralın ən xoşbəxt günü

Qışın "antivirus" sirri açıldı: Xəstələnməmək üçün bunu edin

Qışın "antivirus" sirri açıldı: Xəstələnməmək üçün bunu edin

Azərbaycanlı MMA döyüşçüsü UFC 325 turnirində məğlub oldu - VİDEO

Azərbaycanlı MMA döyüşçüsü UFC 325 turnirində məğlub oldu - VİDEO

Tramp: “Hindistan İrandan deyil, Venesueladan neft alacaq”

Tramp: “Hindistan İrandan deyil, Venesueladan neft alacaq”

Təyyarədə qorxulu anlar: Rusiyalı sərnişin soyunub... - VİDEO

Təyyarədə qorxulu anlar: Rusiyalı sərnişin soyunub... - VİDEO

Batareya iki dəfə daha uzun enerji saxlayacaq - Smartfonda bunları edin

Batareya iki dəfə daha uzun enerji saxlayacaq - Smartfonda bunları edin

"Qarabağ" bu gün "Turan Tovuz"u sınağa ÇƏKƏCƏK

"Qarabağ" bu gün "Turan Tovuz"u sınağa ÇƏKƏCƏK

End of content

No more pages to load

RADİO