Teatrlarla bağlı yaradılan Ekspert şurası nəyə NƏZARƏT edəcək? – Direktordan AÇIQLAMA 

Mədəniyyət Nazirliyi yanında Teatr-tamaşa müəssisələrinin illik repertuarlarının qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb.

Şura, teatrların təklif etdiyi illik repertuarların və dövlət sifarişi əsasında hazırlanan tamaşaların müvafiq teatrların profilinə, onların milli-mənəvi dəyərlərə, vətəndaş, cəmiyyət və dövlətin maraqlarına, sahə üzrə qabaqcıl təcrübəyə və keyfiyyət meyarlarına uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirir.
 

MÖVZU İLƏ BAĞLI:

Teatr və muzeylərə niyə onlayn qaydada bilet SATILMIR? – Rəsmi AÇIQLAMA


Ekspert şurasında teatr sahəsinə aid peşəkar insanlar toplaşsa da şuranın repertuarlara nəzarəti teatra senzuranın tətbiq olunacağı fikrini formalaşdırıb.

Cəmiyyətin bəzi nümayəndələri mədəniyyət sahəsinin, rejissorluq, aktyorluğun azad mühitdə daha çox inkişaf etdiyini əsas gətirərək şuranın nəzarətinin sənətə müdaxilə kimi qavranılacağından narahatdırlar. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev isə başqa fikirdədir. 

O hesab edir ki, şuranın nəzarəti keyfiyyətə təsir edəcək:

“Nazirlikdə teatrların baş rejissorları və bədii rəhbərləri ilə görüş keçirildi. Elə bu sual orada da səsləndi. Bildirildi ki, şuranın məqsədi teatrların fəaliyyətinə qadağa qoymaq deyil. Teatrlar yenə də sərbəst formada öz repertuarlarını seçəcəklər. Sadəcə, o repertuarın bugünkü gündə aktuallığı, tamaşaçının onu necə qavrayacağı məsələsi var. 

Şura təklif edə bilər ki, bunu indi yox, başqa vaxt eləsəz yaxşı olar. Yəni bunlara nəzarət olacaq. Yoxsa şura hansı tamaşanın hazırlanıb, hansının hazırlanmamasına qərar verməyəcək. Nəzarət olanda keyfiyyət də olur, nəzarətsiz qalanda keyfiyyət olmur. 
Şurada oturan adamlar da hamısı peşəkar, tanınmış teatrşünaslar və bu işi bilən insanlardır. Hər teatrın özünün spesifik janrı var, gərək o janrlardan kənara çıxmasınlar. Əlbəttə, kənara çıxmalar mümkündür, amma aşırı dərəcədə yox. Yəni bu nəzarət ona da dəlalət edəcək”.

Aktyor nazirlə görüşdə repertuarların şuranın təyin etməsi məsələsinə də aydınlıq gətirildiyini bildirib:

“Nazir bildirdi ki, siz yenə də öz repertuarınızı özününüz təyin edəcəksiniz, sadəcə, şura nəzarət edəcək. Yəni şuranın işi hansı tamaşanın tamaşaçının bugünkü istəyinə uyğun olub olmasına nəzarət etməkdir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

End of content

No more pages to load

RADİO