Sibel Can bəstəkarımızın mahnısını OĞURLADI – Ailəsi müğənnidən TƏZMİNAT ALACAQ? – VİDEO 

Türkiyəli müğənni Sibel Canın öz mahnısı kimi oxuduğu "Tamam o zaman" bəstəsi plagiat çıxıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, sözügedən bəstə aranjeman edilərək qismən dəyişdirilsə də, azərbaycanlı bəstəkar Tahir Əkbərin "Gülüb getdi" mahnısının plagiatıdır.

Qeyd edək ki, Tahir Əkbər "Gülüb getdi"ni 1987-ci ildə bəstələyib. Sibel Can isə bundan 28 il sonra Ayman Bahqat Amar və Tamer Alinin bəstələdiyi deyilən həmin ifanı səsləndirib.

Maraqlıdır, mərhum bəstəkar Tahir Əkbərin ailəsi Sibel Candan təzminat alacaqmı? 

Mərhum bəstəkarın həyat yoldaşı Aybəniz Əkbər Bizim.Media-ya açıqlamasında heç bir quruma müraciət etmək fikrində olmadıqlarını deyib:

“Həmin mahnını dinlədim, bütün nəqarət hissəsi oğurlanıb. Heç bir quruma müraciət etmək fikrində deyiləm. Bilirəm ki, şikayət etsək belə, Müəllif Hüquqları Agentliyindən heç bir reaksiya olmayacaq. Ona görə ki, bundan əvvəl də türkiyəli kanon ifaçısı Halil Karadumanın “Rüyalarda buluşuruz” mahnısı Tahir Əkbərin “Əzizim” bəstəsinin notbanot plagiatı idi. 

Tahir müəllim “Əzizim” mahnısını 1989-cu ildə ərsəyə gətirib və Nisə Qasımova onu ifa edib. Tahir müəllim hələ sağ idi, bu məsələ ilə bağlı hətta Türkiyə səfirliyi ilə görüşdü, notlarını göstərdi, səfirin həyat yoldaşı Məltəm xanım öz ölkəsinə zəng etdi ki, türk xalqına dələduzluq etmək olmaz. Bununla bağlı Müəllif Hüquqları Agentliyinə də müraciət etdik, lakin heç kim reaksiya vermədi. Üstəlik bizə deyildi ki, Azərbaycanda bu mahnı Tahir Əkbərin adına olsun, Türkiyədə də onların…” 

Aybəniz Əkbər qeyd edib ki, Tahir Əkbər sıradan bəstəkar olmayıb, Azərbaycanı bir neçə dəfə xaricdə təmsil edib:

“2008-ci ildə Briliant Dadaşovanın ifasında Tahir Əkbərin “Amin” bəstəsi qızıl diskə salınıb. Avropanın 20 ölkəsində səslənib. Bundan başqa, onun “El oğlu, hay ver” əsəri Şanxayda keçirilən yarışmada 30 ölkə içində Azərbaycana birincilik gətirib. Kim harada istəyir Tahir müəllimin əsərlərindən istifadə edir və az qala deyirlər ki, “biz yazmışıq”. 

Qeyd etdiyim kimi, Sibel Canın mahnısının Tahir Əkbərin bəstəsinin plagiatlığı ilə bağlı heç bir quruma müraciət etmək istəmirəm. Tahir Əkbər beyin əməliyyatı keçirmişdi və əsəbdən öldü. Mənim bir qızım var və tez ölmək istəmirəm”. 

Məsələ ilə bağlı Müəllif Hüquqları Agentliyinə də müraciət etdik.  Qurumdan hələki sorğumuza cavab verilməyib.

Mövzunu davam etdirəcəyik.
 


Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

End of content

No more pages to load

RADİO