Aygün Bəylərin həyat yoldaşı kim idi? - FOTO 

Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) vəfat etməsi Azərbaycan mədəniyyəti üçün böyük itkidir. Şübhəsiz ki, o, əvəzolunmaz səsi, təkrarsız ifası, zəngulələri, eləcə də geyim tərzi ilə yaddaşlarda qalacaq. 

48 yaşında dünyasını dəyişən sənətkarın özündən sonraya ifaları ilə yanaşı, 14 yaşlı bir qız övladı da qalıb. 

Yəqin ki, Aygün Hümmətovanın qızı Cananın atasının kim olması ictimaiyyət üçün də maraqlıdır. 

Bizim.Media xəbər verir ki, ”modern.az” sənətkarın keçmiş həyat yoldaşı ilə bağlı kiçik bir araşdırma aparıb. 

Aygün Hümmətova təxminən 15 il öncə Almaniyada yaşayan Rəsul Vilayət adlı bir soydaşımızla nikahda olub. 2009-cu ildə onların Canan adlı qızı doğulub. Əslən Azərbaycandan olan Rəsul Vilayət də musiqiçi idi, o həm gitara və skripkada çalır, həm də mahnılar ifa edirdi. Aygün Hümmətovanın Rəsul Vilayətlə birgə duet ifaları da olmuşdu – onlar birgə mahnılar oxumuşdular. 

Rəsulla Aygün uşaqlıq dostu olublar. Onların ilk tanışlıqları Azərbaycan Dövlət Uşaq Filarmoniyasından başlayıb. Hər ikisi 1988-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasına qəbul olunmuşdu. Filarmoniyaya qəbul olunanda onların 13-14 yaşları vardı. 
Ötən əsrin 90-cı illərinin sonlarında Rəsul Vilayət Azərbaycanı tərk edərək Almaniyaya köçsə də, onun Aygünlə dostluğu davam etmiş və əlaqələri kəsilməmişdi. 

Bu əlaqələr sonralar onların münanasibətlərinə də təsir etmiş və cütlük birgə yaşamağa qərar vermişdi. 

2010-cu ildə Aygün Hümmətova Rəsul Vilayətlə bir neçə birgə ifalarını duet şəklində lentə yazdırmışdı, Həmin mahnılar o zamanlar radio kanallarında tez-tez səsləndirilirdi. Təəssüf ki, onların evliliyi uzun sürməmiş və ayrılmışdılar. 

Aygün Hümmətovanın Rəsul Vilayətlə ayrılma səbəblərini yəqin ki, onların özlərindən başqa heç kəs dəqiq bilmirdi. Bəzi məlumatlara görə, 2009-cu ildə doğulan Cananın adını da atası qoyub. 

Rəsul Vilayətin hazırda Almaniyanın Berlin şəhərində yaşadığı bildirilir. 

Qeyd edək ki, Aygün Hümmətova sənət aləmində ona böyük dəstək göstərmiş müəllimi Bəylər Quliyevin adını özünə səhnə təxəllüsü götürərək Aygün Bəylər kimi çıxış edirdi. Sənətçinin müəllimi Bəylər Quliyev illər öncə naməlum səbəbdən intihar edərək öz həyatına son qoymuşdu. 
Aygün xanım bir neçə il idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmış və oradakı klinikalardan birinə yerləşdirilmişdi. 

6 yanvar 2024-cü il tarixində Ankarada vəfat edən müğənninin nəşi Bakıya gətirilib. O, bu gün Suraxanı qəbiristanlığında anasının məzarı yanında torpağa tapşırılacaq. 

Allah rəhmət eləsin.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

End of content

No more pages to load

RADİO