“Heydər Əliyev adına türk dilləri və mədəniyyətləri mərkəzi”nin açılışı oldu  - FOTO

Rusiya Federasiyasının Voronej şəhərində Voronej Dövlət Universitetinin təşkilatçılığı ilə “Dəyişən dünyada mədəniyyətlər dialoqu” mövzusunda beynəlxalq konfans keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Konfrans ərəfəsində Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıq çərçivəsində Voronej Dövlət Universitetində “Heydər Əliyev adına türk dilləri və mədəniyyətləri mərkəzi”nin açılışı olub.

Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti, Azərbaycan Dillər Universitetinin professorları, Voronej Dövlət Universitetinin məzunları iştirak ediblər. Konfransda həmçinin Dövlət Gömrük Komitəsinin Akademiyası da təmsil olunub.

Qeyd edək ki, yaradılan mərkəz türk dilləri və mədəniyyətinin öyrənilməsi istiqamətində fəaliyyət göstərəcək, xalqlar arasında mədəni əlaqələrin, dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək.
Tədbirdə çıxış edənlər iki ölkə arasında uzunmüddətli dostluq münasibətlərinin qurulduğunu vurğulayıb, mərkəzin açılışını mühüm hadisə kimi qiymətləndiriblər. O da qeyd olunub ki, təhsilə, bilikli və peşəkar kadrların hazırlanmasına xüsusu diqqət göstərən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən proqramlar çərçivəsində minlərlə azərbaycanlı gənc keçmiş ittifaqın müxtəlif respublikalarının mötəbər ali təhsil müəssisələrində, o cümlədən Voronej Dövlət Universitetində təhsil alıb. Məhz buna görə də Voronej Dövlət Universitetinin bitirən və Azərbaycanda fəaliyyət göstərən tələbələr də qonaq qismində tədbirə dəvət olunub.

“Dəyişən dünyada mədəniyyətlər dialoqu” konfransında Azərbaycan və Rusiyadan olan elm adamları, ictimai xadimlər tərəfindən ümummilli lider Heydər Əliyevin multikulturalizm siyasəti, dövlət quruculuğundakı müstəsna rolu, qonşu ölkələrlə iqtisadi və dostluq münasibətlərinin qurulması, təhsil sisteminin formalaşdırılmasındakı əvəzsiz xidmətləri, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.

Azərbaycan nümayəndə heyəti tərəfindən mərkəzə dahi şəxsiyyət Heydər Əliyevin həyatına və dövlətçilik irsinə, həmçinin Azərbaycanın tarixi və mədəniyyətinə dair resurslar hədiyyə olunub.












Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

End of content

No more pages to load

RADİO