Prezidentin təltif etdiyi incəsənət xadimlərindən ÖZƏL AÇIQLAMALAR 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə imzalanıb. 

Bu münasibətlə Bizim.Media-nın əməkdaşı təltif olunan sənətkarlarla əlaqə saxlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident bu universitetin əməkdaşlarını təltif edib - SİYAHI 


Onlar sevinc hisslərini bu sözlərlə dilə gətiriblər: 

Xalq artistləri Mələkxanım Eyubova qeyd edib ki, Prezidentin bu təltifini çox sevinc və fərəh hissi ilə qarşılayıb: 

“Təvazökarlıqdan uzaq olsa da, bu sənətdə musiqimizi və mədəniyyətimizi təmsil edən sənətkaram. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində 25 ildən artıqdır ki, professor olaraq illərdir, tələbələrə biliyimi, muğam sənətinin incəliklərini öyrədirəm. Biri var, sənətimə, biri də var ki, müəllimlik fəaliyyətimə qiymət verilsin. 

Bilirsiniz ki, bu il təhsil ocağımız ADMİU-nun 100 illik yubileyidir. Cənab Prezidentə bu əlamətdar gündə məni və mənim kimi digər sənətkarları təltif etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Dövlət başçısı hər hansı sahədə olursa, olsun, hər kəsin əməyini, zəhmətini hər zaman qiymətləndirir. İnanın ki, bu xəbəri mənə söyləyəndə əvvəlcə inanmadım. 

O qədər sevincliyəm ki... 

Universitetimizdə sevə-sevə çalışan bütün müəllimləri, sənətkarları təltif olunmaqları ilə əlaqədar ürəkdən təbrik edirəm. Bu il çox böyük tədbirlər keçirildi. Mən də məmnuniyyətlə o tədbirlərdə iştirak etdim. O qədər həyəcanlıyam ki, başqa söz deyə bilmirəm. Prezidentimizin bizim çıxışımıza söylədiyi adi bir “sağ ol” sözü və bəyənməsi böyük sevincdir. Görün, indi onun bizi fəxri diplomla təltif etməyi necə böyük fəxrdir. Tələbələrimə verdiyim o biliyin bu gün bəhrəsini gördüm. Çox sevincliyəm”. 

Xalq artisti Səkinə İsmayılova da çox sevincli olduğunu bildirib: 

“Bu il müəllim kimi fəaliyyət göstərdiyim ADMİU-nun 100 illik yubileyidir. Bu münasibətlə Prezidentimiz məni və bir çox müəllim heyətini və çalışan digər insanları təltif etdi. Bu siyahıda olmağım mənim üçün çox dəyərli və qiymətlidir. Əlbəttə ki, çox sevincliyəm. Cənab Prezidentimizə təşəkkürümü bildirirəm ki, mənə və bizim universitetimizə diqqət göstərib”. 

Xalq artisti Həmidə Ömərova da təlfitə görə Dövlət başçısına təşəkkürünü bildirib: 

“Siz zəng etməmişdən əvvəl tədris apardığım ADMİU–nun digər müəllim heyəti ilə danışıb, sevinc hisslərimizi bölüşürdüm. Əlbəttə ki, bu təltifə görə Cənab Prezidentimizə dərin təşəkkürümü bildirirəm. Hamımızın xidməti var. Müəllim kimi şərəfli ad daşıyırıq və bu yolda çox zəhmətimiz var. Prezidentimiz bizi gördüyümüz bu işlərə görə qiymətləndirib”. 

Əməkdar artist Gülşad Baxşıyeva da təltif olunması ilə bağlı xəbəri sevinclə qarşılayıb:

“Çox təsirləndim, həyəcanlandım. Ürəyim çırpılmağa başladı. Bu xəbəri mənə çatdıranda əvvəlcə inanmadım. Hisslərimi gizlədən insan deyiləm. Gözlərim doldu, az qaldı ağlayım. Ona görə yox ki, mənə pul verəcəklər. Sevinirəm ki, mən yaddan çıxmadım. 

İçimdə hər zaman belə bir hiss var idi ki, nə üçünsə yaddan çıxıram, məni yada salmırlar, mən şöhrətpərəst insan deyiləm. Amma bəzən bu hisslər olur. Hamı təltif olunsun. Bəs, məni niyə təltif etmədilər? Bu hiss hər zaman içimdə olurdu. Son dövrlər bu hissləri içimdən uzaqlaşdırmışdım. Vermirlər, vermirlər də... Demək ki, layiq deyiləm... 

Amma indi bu mükafata layiq görülməyim mənim üçün çox böyük dəyər və qiymətdir. Allah Prezidentimizə uzun ömür, can sağlığı versin. Bizi çox sevindirdi. Allah onu dövlətimizin və respublikamızın başının üzərindən əksik etməsin. O, böyük siyasətçidir. Nə gözəl ki, onun diqqətindən kənar qalmadım”. 
Qeyd edək ki, M.Eyubova, İ.N.Kamal, S.İsmayılova və H.Ömərova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. G.Baxşıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

End of content

No more pages to load

RADİO