BMU-da ümummilli lider Heydər Əliyevin büstünün açılış mərasimi və konfrans keçirilib – FOTO 

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin büstünün açılış mərasimi və Ulu Öndərin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf mərhələləri” mövzusunda konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, konfransdan öncə universitetin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad edib. 

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılaraq məzarı üzərinə gül dəstələri qoyulub.
Sonra universitetin inzibati binasında Ümummilli Liderin büstünün təntənəli açılış mərasimi olub. Elm və təhsil naziri Emin Əmrullayev, BMU-nun rektoru Yaqub Piriyev, Abşeron rayon İcra Hakimiyyətinin başcısı Abdin Fərzəliyev, rəsmilər, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri büstün qarşısına əklil və gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Büstün müəllifi, tanınmış heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycanın Xalq rəssamı professor Natiq Əliyev dəyərli sənət əsəri ilə bağlı məlumat verib və ürək sözlərini çatdırıb.

Ardınca “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf mərhələləri” mövzusunda konfrans keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda tədbir iştirakçıları bir dəqiqlik sükutla Ulu Öndərin əziz xatirəsini yad ediblər və Heydər Əliyevin mənalı ömür yolu, zəngin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən rektor Yaqub Piriyev BMU-da Ulu Öndərin büstünün qoyulmasının böyük qürur, şərəf olduğunu vurğulayaraq, bütövlükdə bu dəyərli sənət əsərinin ərsəyə gəlməsində əməyi keçən hər bir şəxsə, xüsusən professor, Xalq rəssamı Natiq Əliyevə dərin minnətdarlığını bildirib.


Rektor çıxışında müdrik dövlət xadimi Heydər Əliyevin atdığı hər bir siyasi addımın arxasında, gordüyü hər bir işin əsasında güclü və müstəqil Azərbaycanın qurulması, dövlətçiliyin sarsılmazlığı və dünya dövlətləri icərisində özünə layiqli yer tutması prinsipinin dayandığını vurğulayıb. Bildirib ki, Ulu Öndər məhz belə dönməz prinsipləri, misilsiz tarixi xidmətləri ilə öz adını dünyada dövlət quran ən dəyərli dahi şəxsiyyətlərin cərgəsinə daxil edə bilib və siyasi rəhbərlikdən Ümummilli Lider səviyyəsinə yüksəlib.

Dahi şəxsiyyətin ölkəmizin tərəqqisinin təmin edilməsi, gələcək inkişaf üçün güclü təməl yaratması istiqamətində gördüyü işləri diqqətə çatdıran rektor Ulu Öndərin azərbaycanlı gənclərin gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnmələrindən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərilməsi kimi vacib təhsil ənənəsinin əsasını qoymasını xüsusu qeyd edib. Rektor Heydər Əliyevin təhsil siyasətində ali məktəblərin fəaliyyətinin daha da yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsinin xüsusi yer tutduğunu söyləyib.

Yaqub Piriyev Ulu Öndər tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsinin davamı olaraq, Prezident cənab İlham Əliyev tərəfindən bu istiqamətdə həyata keçirilən dövlət proqramlarından da bəhs edib. Hazırda ali təhsil və insan kapitalının inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini deyən rektor ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində atılan addımları sadalayıb.
Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun elm, təhsil və gənclər siyasətinin inkişafına, milli-mənəvi dəyərlərimizin, zəngin mədəni irsimizin qorunub saxlanılması və təbliğinə verdiyi böyük töhfələri vurğulayıb.

Çıxışının sonunda rektor insan kapitalının, güclü vətənpərvərlik hisslərinə malik gənc nəslin formalaşdırılmasının, intellektual potensialın milli maraqların həyata keçirilməsi istiqamətində səfərbər edilməsinin, peşəkar ordu quruculuğunun Ulu Öndərin vəsiyyətinin yerinə yetirilməsinə, Qarabağın azadlığa qovuşmasına gətirib çıxardığını deyib. “Cənab İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqı qürur hissi ilə müzəffər xalq kimi yaşayacaq. Ulu Öndərin gücü, müdrikliyi, siyasəti, bütövlükdə Heydər Əliyev amili Azərbaycanı əbədi qoruyacaq! Nə qədər ki, müstəqil Azərbaycan  mövcuddur, bu dövlətin qurucusu və memarı tariximizdə daim yaşayacaq və əsl vətəndaş, böyük şəxsiyyət,  qüdrətli milli lider örnəyi kimi xatırlanacaq”-,deyə Yaqub Piriyev bildirib.

Elm və təhsil naziri Emin Əmrullayev Ulu Öndərin ruhuna dərin ehtiramın rəmzi olaraq, BMU-da Heydər Əliyevin büstünün açılışını yüksək dəyərləndirib, bu addımın universitetdə çalışanlar üçün böyük məna kəsb etdiyini vurğulayıb və büstün açılışında əməyi olan şəxslərə təşəkkürünü bildirib.


Konfransın aktual mövzuya həsr olunduğunu deyən nazir bütün sahələrdə olduğu kimi, təhsildə də Heydər Əliyev strategiyalarına sadiq qalındığını, təhsil sahəsinə böyük həssaslıqla yanaşan Ulu Öndərin təhsilin inkişafı istiqamətində misilsiz xidmətləri gerçəkləşdirdiyini vurğulayıb.

Ümumilli Liderin elm və təhsil siyasəti konsepsiyası əsasında islahatların uğurla davam etdirildiyini söyləyən nazir Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ali təhsil müəssisələrinin sayının 50-yə, təhsilalanların sayının təxminən 2 dəfədən çox artaraq 120 mindən 220 minə, ali təhsil müəssisələrinə qəbul olanların sayının isə 25 mindən 55 minə çatdığını söyləyib. 
Davam edən islahatların tərkib hissəsi kimi, Azərbaycan Prezidentı cənab İlham Əliyevin “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncamını xüsusi vurğulayan Emin Əmrullayev Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında qurulacaq yeni təhsil müəssisəsinin regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədlərinə xidmət etdiyini bildirib. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin təhsildə yeni mərhələnin başlanğıcı olduğunu söyləyən nazir azad olunmuş torpaqlarda istifadəyə verilən məktəblər və nəzərdə tutulan işlər barədə məlumat verib.

Nazir çıxışında tarixi yol keçən Azərbaycan təhsilinin gələcək inkişafı ilə bağlı fikirlərini paylaşıb, hazırda daha çox insana ali təhsil almaq üçün şərait yaradıldığını qeyd edib. Emin Əmrullayev ali təhsildən kənarda qalan, cəmiyyətimizin bir hissəsi olan insanlarımızı da düşünməyin vacibliyini önə çəkib, bununla bağlı qarşıda duran vəzifələrə toxunub. Müvafiq statistik məlumatları da nəzərə çatdıran nazir çıxışında təhsil müəssisələrinin transformasiyası, təhsildə kəmiyyət və keyfiyyət göstəriciləri arasında fərqlər, fundamental elmlərin tədrisi, elm və alim anlayışlarının təhsilalanlara düzgün təlqini, məzunların işlə təminatı və s. kimi vacib məsələlərə diqqət çəkib.

Emin Əmrullayev çıxışının sonunda yüksək intellektə malik vətənpərvər gənclərin formalaşmasının bundan sonra da təhsilin əsas məqsədlərindən biri kimi daim diqqətdə saxlanılacağını, Heydər Əliyevin zəngin irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsinin təmin ediləcəyini diqqətə çatdırıb.
Abşeron rayon İcra Hakimiyyətinin başcısı Abdin Fərzəliyev bu gün təhsil sahəsində görülən irimiqyaslı işlərin və aparılan islahatların təməlinin məhz Ulu Öndərin adı ilə bağlı olduğunu, Heydər Əliyevin elm və təhsilə böyük dəstəyinin hazırda da davam etdirildiyini deyib. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə qayğısını xatırladan İcra Hakimiyyətinin başcısı ölkədə hər il təhsil və tədris ocaqlarının inşa olunmasına, təhsilin maddi-texniki bazası və infrastrukturunun yenilənməsinə diqqətin artırıldığını vurğulayıb, Abşeron rayonunda bu istiqamətdə görülən işləri qeyd  edib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Ulu Öndərin bütün sahələr kimi, təhsil sahəsində də danılmaz xidmətlərini diqqətə çatdırıb. Müasir Azərbaycan təhsilinin inkişaf meylləri ilə bağlı fikirlərini də paylaşan millət vəkili çıxışında ölkədə həyata keçirilən təhsil islahatları, təhsilin tədrisi və təşkili, kadr hazırlığı, təhsillə istehsalatın əlaqələndirilməsi kimi məsələlərə toxunub.

Universitet tələbələri adından çıxış edən BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinın sədri Ləman Şərifova isə gənclərin Ümummilli Liderin ideyalarına hər zaman sadiq qalacaqlarını, eyni zamanda Prezident İlham Əliyevin ətrafında getdikcə daha sıx birləşəcəklərini vurğulayıb.






















Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev İndoneziya Prezidentini Azərbaycana səfərə DƏVƏT ETDİ

İlham Əliyev İndoneziya Prezidentini Azərbaycana səfərə DƏVƏT ETDİ

Bank xəbəriniz olmadan maşınınızı sata bilər? — Borcluların mütləq bilməli olduğu faktlar: Vəkillə müsahibə - FOTO

Bank xəbəriniz olmadan maşınınızı sata bilər? — Borcluların mütləq bilməli olduğu faktlar: Vəkillə müsahibə - FOTO

Bank borca görə maaşın hamısını tuta bilərmi? – HÜQUQİ İZAH

Bank borca görə maaşın hamısını tuta bilərmi? – HÜQUQİ İZAH

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları bu maddələrlə İTTİHAM OLUNUR

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları bu maddələrlə İTTİHAM OLUNUR

“Bandotdel” əməliyyat keçirdi, həbs olunanlar var - Video

“Bandotdel” əməliyyat keçirdi, həbs olunanlar var - Video

Xəstəxanada müalicə alan Rasim Balayevin SON DURUMU

Xəstəxanada müalicə alan Rasim Balayevin SON DURUMU

Xankəndi və Xocalıya növbəti köç – FOTO

Xankəndi və Xocalıya növbəti köç – FOTO

Yanvarın son gününə olan HAVA PROQNOZU

Yanvarın son gününə olan HAVA PROQNOZU

Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq – YENİ QƏRAR

Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq – YENİ QƏRAR

Azərbaycanlı aktrisanın şəkli “Temu”da: Bizi aldadırlar? - VİDEO

Azərbaycanlı aktrisanın şəkli “Temu”da: Bizi aldadırlar? - VİDEO

Prezident daha iki səfirin etimadnaməsini qəbul etdi – FOTO

Prezident daha iki səfirin etimadnaməsini qəbul etdi – FOTO

Azərbaycana külli miqdarda dərman və siqaret gətirən gömrükçülərin məhkəməsi BAŞLADI

Azərbaycana külli miqdarda dərman və siqaret gətirən gömrükçülərin məhkəməsi BAŞLADI

“Fənərbağça” səfərdə heç-heçə etdi - VİDEO

“Fənərbağça” səfərdə heç-heçə etdi - VİDEO

Prezident İndoneziyanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Prezident İndoneziyanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Yunanıstanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Yunanıstanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Azərbaycanda ov mövsümünün müddəti UZADILDI – BU TARİXƏDƏK

Azərbaycanda ov mövsümünün müddəti UZADILDI – BU TARİXƏDƏK

AYNA əməkdaşı qaydanı pozdu – VİDEO

AYNA əməkdaşı qaydanı pozdu – VİDEO

“Bu günümdə belə şeylər yazanların özləri bilər, bir də Allahları...”

“Bu günümdə belə şeylər yazanların özləri bilər, bir də Allahları...”

Vəzifəli şəxs 18 kq qızılla tutuldu - Evindən silah çıxdı

Vəzifəli şəxs 18 kq qızılla tutuldu - Evindən silah çıxdı

“Qəbələ” Turan Manafovu TRANSFER ETDİ

“Qəbələ” Turan Manafovu TRANSFER ETDİ

Sosial müavinət və təqaüdlə bağlı MÜHÜM AÇIQLAMA

Sosial müavinət və təqaüdlə bağlı MÜHÜM AÇIQLAMA

Banka əmanət yatıranların NƏZƏRİNƏ – Faizlərlə bağlı YENİ QƏRAR

Banka əmanət yatıranların NƏZƏRİNƏ – Faizlərlə bağlı YENİ QƏRAR

Biləcəridə qorxu filmlərini xatırladan TUNEL – Niyə qaranlığa qərq olub? – VİDEO

Biləcəridə qorxu filmlərini xatırladan TUNEL – Niyə qaranlığa qərq olub? – VİDEO

Beş BÜRC üçün var-dövlət və firavanlıq dövrü BAŞLADI

Beş BÜRC üçün var-dövlət və firavanlıq dövrü BAŞLADI

End of content

No more pages to load

RADİO