Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres KEÇİRİLİR - FOTO

Ölkə prezidenti cənab İlham Əliyevin yurd yuvasından didərgin düşmüş, Azərbaycan türklərinin tarixi haqlarının bərpasına istiqamətlənmiş siyasətinə elmi əsaslarla dəstək olmaq, həm yerli, həm regional, həm də beynəlxalq səviyyədə işıqlandırılmasına nail olmaq məqsədilə Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” mövzusunda konqres keçirilir. 

Bizim.Media xəbər verir ki, festival-konqres iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər. 

Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında xarici qonaqlara ətraflı məlumat verilib. 

Qeyd edək ki, Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə baş tutacaq. 
Festivalda Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiyalar, kitab sərgisi, kulinariya və maddi mədəniyyət nümunələrindən ibarət stendlər, Qərbi Azərbaycan mahnıları və folklor nümunələrindən ibarət konsert proqramı, Qərbi Azərbaycana həsr edilən filmlərin nümayişi və digər tədbirlər yer alıb. Qərbi Azərbaycandan olan, muxtar respublikada yaşayan sakinlər ilk dəfə olaraq bir araya gələcək, ilk görüşləri keçiriləcək. 

Məlumat üçün bildirək ki, konsert proqramında Naxçıvan Dövlət Universitetinin Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Məmmədova ilk dəfə olaraq Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Quliyevin müəllifi olduğu “İrəvan” və “Naxçıvan” şikəstələrini ifa edəcək. 

Festivalda “İrəvan mətbəxi” kulinariya sərgisi təşkil olunacaq. İrəvan mətbəxinə dair 40 adda yemək, 50-yə yaxın şirniyyat və mürəbbə, 30-a yaxın şərbət, doşab, xoşab, 100-ə yaxın meyvə, quru meyvə və tərəvəz, 50-dən çox müalicəvi bitki, 20 adda qış tədarük yemək növü, 13 növdə müxtəlif çay nümunələri nümayiş olunacaq. 

Qərbi Azərbaycan nümayəndə heyətinin Ordubad və Çalxanqalaya səfərləri təşkil olunacaq. Qərbi Azərbaycana həsr olunmuş “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin sədri Nurlana Hacıyevanın layihə rəhbəri olduğu “Yada daşı”, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin dəstəyi ilə hazırlanan ssenari müəllifi Ayaz Mirzəyev, rejissoru Zəka Quliyev olan “Nəsil ağacı” sənədli filmləri nümayiş etdiriləcək. 

Festivalda, həmçinin Qərbi Azərbaycana aid ədəbiyyat nümunələri, elmi araşdırmalar, məqalələr toplusu, rəsm əsərləri sərgilənəcək. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Türkiyədən Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

Türkiyədən Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

İraq Ceyhan limanı ilə neft ixracına başladı

İraq Ceyhan limanı ilə neft ixracına başladı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

İranın kəşfiyyat naziri də öldürüldü

İranın kəşfiyyat naziri də öldürüldü

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

End of content

No more pages to load

RADİO