Azərbaycan ilə Türkiyə mədəniyyət sahəsində əməkdaşlıq edəcək - FOTO 

Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı noyabrın 13-də Ankarada “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” imzalanıb. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, sənədi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy imzalayıblar. 

Sənəddə iki ölkə arasında mədəniyyətin müxtəlif sahələrində təbliğatın təşviqi, qarşılıqlı mədəniyyət günlərinin, müxtəlif mədəni tədbirlərin keçirilməsi, ədəbiyyat, təsviri və tətbiqi incəsənət, musiqi, film festivalları, müsabiqə və konfranslarda iştirakla bağlı müddəalar yer alıb.
Sazişdə qeyri-maddi mədəni irs, eləcə də iki ölkənin muzey və kitabxanaları arasında əməkdaşlığın genişləndirilməsi kimi məsələlər də öz əksini tapıb. 

İmzalanma mərasimindən sonra iki ölkənin nazirləri media nümayəndələri qarşısında çıxış ediblər. 

Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Adil Kərimli sazişin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edilib ki, sənəd ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə hüquqi bazanın genişləndirilməsini nəzərdə tutur. 
Nazirin çıxışında vurğulanıb ki, Prezident İlham Əliyevin 6 oktyabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin qardaş ölkədə daha geniş təbliği məqsədilə Türkiyədəki səfirliyimizin tabeliyində Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. Mərkəz iki ölkənin mədəniyyət sahəsində əməkdaşlığına öz töhfəsini verəcək. 

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da mədəniyyət sahəsində əməkdaşlığa dair sazişin əhəmiyyətini qeyd edib. Bildirilib ki, sənəd qardaş ölkələrimizin möhkəm təməllər üzərində inkişaf edən mədəni əlaqələrində yeni səhifə açacaq. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

End of content

No more pages to load

RADİO