Bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Mobil Babayev vəfat edib.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu barədə bəstəkarın bacısı Nüşabə Babayeva-Vəkilova məlumat verib.
Bəstəkar dünən gecə vəfat edib.
Onunla vida mərasimi bu gün saat 12:00-da Təzə Pir məscidində keçiriləcək. Mobil Babayev daha sonra Yasamal qəbiristanlığında dəfn ediləcək.
Xatırladaq ki, Mobil Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində anadan olub.
Bizim.Media