8 Noyabr - Zəfər Gününə həsr edilmiş konsert proqramı KEÇİRİLİB - FOTO 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə “Zəfər” musiqi və teatr festivalı keçirilir.

22 oktyabr – 8 noyabr tarixlərini əhatə edən festival çərçivəsində paytaxtda və bölgələrdə silsilə tədbirlər, konsertlər təşkil olunur.

Eyni zamanda paytaxtda fəaliyyət göstərən konsert müəssisələrinin kollektivləri tərəfindən bölgələrdə musiqi axşamları reallaşdırılır. Təqdim edilən musiqi nömrələrində xalqımıza əbədi qürur bəxş edən şanlı Qələbəmiz tərənnüm olunur.  

Bizim.Media xəbər verir ki, festivalın daha bir konserti noyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib. 

Konserti şəhid ailələrinin üzvləri, qazilər, mədəniyyət naziri Adil Kərimli, nazirliyin məsul şəxsləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri izləyiblər.  

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyimizin bərpası uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Konsertdə beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor, Xalq artisti Gülbacı İmanova), solistlər - Xalq artisti Azər Zeynalov (tenor), Əməkdar artisti Tural Ağasıyev (tenor) və Rauf Məmmədzadə (bariton) çıxış edib. 
Proqramda Ü.Hacıbəylinin "Koroğlu" operasından "Uvertüra" və "Çənlibel" xoru, "Çırpınırdın, Qara dəniz", F.Sücəddinovun "İthaf", D.Dadaşovun "Qələbə uvertürası", F.Əlizadənin "Zəfər marşı", R.Əliyevin "Şuşanın dağları başı dumanlı", E.Mansurovun "Ulu torpaq", F.Əmirovun "Azərbaycan kapriççiosu" və C.Quliyevin "Əsgər marşı" və “Zirvə” əsərləri səsləndirilib.  

Konsert proqramı musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb. 

Musiqi axşamının sonunda mədəniyyət naziri Adil Kərimli şəhid ailələrinin üzvləri ilə söhbət edib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

End of content

No more pages to load

RADİO