Şəkidə şəbəkəni yaşadan DÖRDÜNCÜ NƏSİL - Əsrarəngiz sənətin son nümayəndəsi - REPORTAJ/FOTO

Azərbaycanlı sənətkarların yaratdıqları xalça, tikmə, zərgərlik, keramika, metalişləmə, ağacoyma, daşoyma, geyim və s. nümunələri xalqın zəngin mənəvi dünyasının və bədii zövqünün ifadəsi olmaqla birlikdə böyük qürur qaynağına çevrilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, çox vaxt heç adlarını da bilmədiyimiz azərbaycanlı ustalar el sənətini el şöhrətinə çevirə bilib.

Bu ənənəni qoruyan və yaşadan, bizim  zəmanəyə qədər çatdıran sənətkarlar nəslindən biri də şəkili Rəsulovlardır. Usta Əşrəfdən başlayan bu şərəfli yolu indi onun nəvəsi, gənc şəbəkə ustası Vüqar Rəsulov uğurla davam etdirir.

Babaların şərəfli yolu

XVIII əsrdə inşa olunan və bu günə kimi də əlçatmaz memarlıq və sənətkarlıq möcüzəsi sayılan Şəki Xan sarayının şəbəkələrinə XX əsrdə yeni həyat verən Əşrəf Rəsulovun ailəsində dünyaya göz açan Vüqar Rəsulov elə duya bildiyi ilk gözəllik qaynağı babası və atasının hazırladığı nümunələr olub desək, yanılmarıq. Ata emalatxanasında aldığı sənət dərslərinin nəticəsiz qalmadığı artıq göz qabağındadır.

Şəbəkə sənətinin bütün incəliyi bu ailənin hər bir fərdinin, eləcə də Vüqarın qanına hopub. 

Gənc şəbəkə ustası Vüqar Rəsulovla elə iş başında söhbətləşirik:

“Artıq dördüncü nəsil şəbəkə ustası olaraq fəaliyyət göstərirəm. Bildiyimiz kimi bu sənət  qədim sənət növüdür. Atam, babam bu işlə məşğul olub. Şəbəkə sənətinin özəlliyi bundan ibarətdir ki, burada heç bir kley, mismar işlənmədən taxta parçalarıdan  yığılır. Xan sarayının bərpasında iştirakımız olub. Atamın da, mən də uşaq olarkən orda iştirak etmişdim”.

Şəbəkənin tək ünvanı - Şəki

Şəbəkə sənətkarlığının yalnız  respublikamızda deyil, dünyada tək ünvanı Şəki və onun sənətkarlarının olması Rəsulovların üzərinə böyük məsuliyyət qoyur. Gənc şəbəkə ustası Vüqar da bu məsuliyyəti başa düşür və hər zaman üzərində işləyir, yeniliklər etməklə etimadı doğrultmağa çalışır. Elə son əl işində olduğu kimi. 

Bu barədə Vüqarın özü ətraflı məlumat verib:

Əsərdə şəbəkə nümunələrindən istifadə olunub. Və milli ornament olan butalardan istifadə edilib. Butaların üzərində milli naxışlar və qədim abidələrin rəsmləri təsvir edilir. Ulu öndərin şəkli Şəki ipəyi üzərində hazırlanıb".   

Yeni emalatxana yeni layihələr deməkdir.  

Söhbət əsnasında məlum olur ki, hazırda onların emalatxanasında Dövlət Turizm agentliyinin xəttilə əsaslı-təmir-bərpa işləri aparılır. Gənc şəbəkə ustası deyir ki, bir neçə aydır emalatxanaları Dövlət Turizm Agentliyi tərəfindən təmirə dayandırılıb. Bu səbəbdən müvəqqəti olaraq həyətyanı sahədə öz əl işlərini yerli və xarici turistlərə təqdim edən həmsöhbətim bildirir ki, təmir başa çatandan sonra bura şəbəkə muzeyi kimi fəaliyyət göstərəcək. Eyni zamanda əl işləri də yeni emalatxanada nümayiş etdiriləcək.  

Qeyd edək ki, Rəsulovlar ailəsinin şəbəkə sənəti ilə bağlı hazırladıqları əl işləri ölkə və dünya miqyaslı sərgi və festivallarda dəfələrlə nümayiş etdirilib. Həmçinin Bakıda təşkil edilən Şahmat üzrə Dünya çempionatının, Avropa Birinciliklərinin simvolları da bu ailə üzvləri tərəfindən hazırlanaraq təqdim edilib.















Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

End of content

No more pages to load

RADİO