Şuşada I Türk Dünyası Mədəniyyət Forumunun açılışı olub - FOTO 

Xəbər verdiyimiz kimi, 13-14 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə I Türk Dünyası Mədəniyyət Forumu keçirilir. 

Bizim.Media xəbər verir ki, oktyabrın 13-də forumun açılış mərasimi olub. 

Mərasimdə rəsmi şəxslər, Türk dünyasının müvafiq qurumlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə bu il “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Azərbaycanın muğam-sənət beşiklərindən Şuşa şəhərinə həsr olunmuş videoçarx nümayiş etdirilib, "Dərvişlər" adlı ədəbi-bədii kompozisiya təqdim olunub. 

Açılış nitqi söyləyən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli qonaqları salamlayıb.  

O qeyd edib ki, I Türk Dünyası Mədəniyyət Forumunun Şuşada keçirilməsi əlamətdar hadisədir:

"Bu forum bütün türk mədəniyyəti üçün xüsusi əhəmiyyət kəsb edir. Bu gün Şuşamız, Qarabağımız, bütün Azərbaycan öz Zəfər təntənəsini yaşayır. Artıq üç ildir ki, Şuşada geniş quruculuq işləri həyata keçirilir. Bu gün Qarabağımızda atəş səsləri eşidilmir.

Ötən ay – 19-20 sentyabr tarixlərində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz cəmi 24 saat ərzində Qarabağdakı Ermənistana məxsus qanunsuz hərbi birləşmələrin terror əməllərinə birdəfəlik son qoydu. Bununla da Azərbaycan bütün ərazisində suverenliyini təmin etmiş oldu. Azərbaycan təkcə Cənubi Qafqaz regionunda deyil, bütün dünyada sülhün, sabitliyin tərəfdarı kimi çıxış edir, bu istiqamətdə əməli addımlar atır".

Forumun əhəmiyyətini yüksək qiymətləndirən nazir bildirib ki, ortaq türk mədəniyyətini dünyaya təbliğ etmək üçün bir ortaq platforma vacib idi:  

"Düşünürük ki, forum qardaş xalqlarımızın mədəni əməkdaşlığının dərinləşməsində, qədim mirasımızın qarşılıqlı şəkildə təbliğatına öz töhfəsini verəcək. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev türk xalqlarının birliyi uğrunda yorulmadan çalışıb. Məhz buna görə də forumumun Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilməsi təsadüfi deyil". 

Nazir çıxışının sonunda forumun işinə uğurlar arzulayıb. 

TÜRKSOY-un baş katibi Sultan Raev növbəti dəfə Şuşaya gəlişindən məmnunluğunu bildirib.

Deyib ki, Şuşa Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və s. kimi neçə-neçə söz-sənət xadiminin evidir:

“Şuşa həm də bu il “Türk dünyasının mədəniyyət paytaxtı”dır. Şuşa Azərbaycandır! Şuşa türk dünyasıdır!". 

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev söyləyib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi və Qarabağ Şərqi Zəngəzurun işğaldan azad edilməsi təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün böyük önəm daşıyır. K.Ömüralıyev türk dövlətlərinin dil və mədəniyyət baxımından ümumi köklərə malik olduğunu qeyd edərək əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib. 

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Mehmet Süreyya Er Şuşanın türk təşkilatlarını, qardaş respublikalarımızın müvafiq qurumlarının rəhbərlərini bir araya gətirməsinin rəmzi məna daşıdığını vurğulayıb:

“İşğaldan azad edildikdən qısa müddət sonra burada aparılan geniş bərpa və quruculuq işləri Şuşanı keçmişdəki şöhrətinə qovuşdurmaqdadır. Artıq bu füsunkar şəhər mötəbər tədbirlərə, incəsənət layihələrinə ev sahibliyi edir. 

Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Şahin Mustafayev deyib ki, Qarabağda qazanılan Qələbə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəridir. 30 ilə yaxın işğal dövründə düşmən tərəfindən dağıdılan bu torpaqlar, həqiqi sahibləri – Azərbaycan dövləti tərəfindən yenidən qurulur. Biz bunları türk dövlətləri ilə bir yerdə edirik. Hazırda Şuşada keçirilən bu forum ortaq mədəni dəyərlərimizin təbliğinə mühüm töhfə olacaq".

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Ulu öndər Heydər Əliyev türk xalqlarının birliyi naminə mühüm işlər görüb:

"Deyə bilərəm ki, türk dövlətləri artıq tək millət, 6 dövlətə doğru uğurla addımlamaqdır. Bu, Heydər Əliyevin dühası işığında gəlib çatıla bilən ən böyük zirvədir. Hesab edirəm ki, forumun Ümummilli liderimizin 100 illiyinə həsr olunması "Heydər Əliyev İli"nə mühüm töhfədir". 

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar çıxışında Şuşada anadan olmasa da, özünü şuşalı hiss etdiyini dedi: “Çox şadam ki, bu yaşımda Şuşanın azad olunduğu günü gördüm. Hazırda Şuşa günü-gündən gözəlləşir, abadlaşır. Mən həmişə deyirəm ki, bu Qələbənin bir babası, bir də atası var. Bu Zəfərin babası Heydər Əliyev, atası isə Prezident İlham Əliyevdir". 

Sonda xatirə şəkilləri çəkdirilib. Açılış mərasimindən sonra forum işini panel sessiyalarla davam etdirib.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

End of content

No more pages to load

RADİO