Salyan Kukla Teatrının SƏRGÜZƏŞTLƏRİ - 50 ilin kollektivi hara gedir? - FOTO

Salyana getməkdə bir məqsədim vardı, altı il əvvəl olduğum məkanı bir də görmək. Altı il çox vaxtdır, bu müddət ərzində çox şey dəyişə bilərdi.

Dəyişmişdi də! Amma, gəlin tələsməyək.

Doğrusu yenə eyni mənzərə ilə qarşılaşacağımı düşünürdüm, yenə həmin o səhnə və pərdə arxasından boylanan nağıl obrazlarının müxtəlif tipli xarakterlərində çıxış edən kuklalar. Amma gümanım məni bu dəfə aldatdı və bu aldanışa sevindim!

Günün ikinci yarsı Salyan Dövlət Kukla Teatrının yaradıcı heyəti üçün nəzərdə tutulmuş girişdən içəri daxil oluram. Hər yerdə “sərin” bir sakitlik hökm sürür. Axı mən saat 12:00 üçün söz vermişdim, "gecikdim getdilərmi?"- deyə məyus oldum. Dayanmadan bələd olduğum zala doğru bir-iki tələsik addım atandan sonra səhnədən gələn səsə bir anlıq durdum. Məşqin davam etdiyinə sevindim. Zala daxil olub tez- tələsik kameranı işə saldım. Günahımı ancaq bu formada yuya bilərdim. Sağdan, soldan, uzaqdan, yaxından kadrları kameranın yaddaşına köçürdükcə rahatladım.

Dərindən nəfəs aldım və bu arada ilk dəyişikliyi gördüm. İlk sırada teatrın direk toru, tamaşanın rejissoru Lalazər xanım əyləşmişdi.

Məşqi pozmaq olmaz, pozmadıq da o, məşqinə, mən də  çəkilişimə davam etdim. Demək olar ki, mən işimi yekunlaşdırmışdım. Məşq davam etdiyi üçün varlığımı hiss etdirməməyə çalışaraq bir rejissor kimi məşqə baxmaq qərarına gəldim.

MÖHTƏŞƏM desəm azdır, OLAYIN üstündə bir performans.

Valeh oldum! uşaqların istedadı, Lalazər xanımın peşəkarlığı elə ilk anda adamı heyran edirdi.

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, müsahibimiz Salyan Dövlət Kukla Teatrının direktoru, Azərbaycan  Respublikasının Əməkdar Mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynovadır.

 Laləzar xanım deyir ki, ötən mövsüm ili teatr üçün çox məhsuldar keçib.

“Hər mövsüm repertuarda dörd tamaşa olur. Bundan başqa teatr ilk dəfə böyüklər üçün tamaşa hazırlayaraq  tamaşaçalıra təqdim edib. Eyni zamanda  uşaqlar üçün Abdulla Şaiqin “İntiqamçı xoruz”, Rafiq Rəhimlinin “Meşəyə İnsan gəlir”, Xanımana Əlibəylinin “Dovşanın ad günü”  nağıl-tamaşalarını    uşaqların ixtiyarına vermişik”.

Doğrusu böyüklər üçün hazırlanmış tamaşa diqqətimi çəkdi. Axı kukla teatrının öz ənənəsi, öz təyinatı var. Kuklaların ifasında uşaqlar üçün tamaşa hazırlanması nəzərdə tutulan kolektiv birdən -birə hansı zərurətdən böyüklər üçün tamaşa hazırlanması missiyasını üzərinə götürüb, belə bir yükün  altına girib? Baxmayaraq ki, kollektiv hələ ötən il 4.4 qısametrajlı tamaşalar festivalında “Sülh naminə“ pantomim tamaşası ilə paytaxt teatrsevərlərin qarşısında uğurla çıxış etmiş, 24 teatr kollektivi arasında ilk onluğa daxil olub.

Laləzar xanım deyir ki, “bu təklif əsasən Salyan rayon ziyalılarından gəldi. Onlar bu səhnədə böyüklər üçün nəzərdə tutulmuş tamaşaların da səhnələşdirilməsini arzu etdiklərini bildirdi.

Mən də ilk debütə imza atmaq qərarına gəldim. Doğrusu çox məhsuliyyətli iş olduğunu bilirdim. Uğursuz alınsa tənqid olunacağımızdan bərk narahat idik. Neçə illərdir əsasən müxtəlif heyvanların obrazında çıxış edən yaradıcı kollektivin birdən-birə yeni və fərqli ampulada çıxış etməsi riskli idi, əks təqdirdə heç kim bizim başımıza sığal çəkməyəcəkdi”.

Lakin kollektiv ixtisasca rejissor olan rəhbərlərinin peşəkarlığına, rəhbər də yaxşı tanıdığı kollektivinin əzminə və istedadına güvənərək işə başlayır və İsi Məlikzadənin “Hərənin Öz Ulduzu” pyesi səhnələşdirilir. 

Tamaşa çox uğurlu alınır. Bundan ilhamlanan kollektiv Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasına yeni mizan və yeni tərtibatda növbəti bir həyat vəsiqəsi verir.  

Uzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası Ümum Milli lider Heydər Əliyevin 100 iliik yübleyinə həsr edilib və “Heydər Əliyev və milli teatr” layihəsi çərçivəsində səhnələşdirilib.

Hazırda kollektiv yeni mövsümün repertuarına salınmış Lev Üstinovun “Xilaskar qurbağa” nağıl tamaşanın məşqləri üzərində çalışmaqdadır. Bundan başqa “Tülkü həccə gedir”, Ələkbər Hüseynovun “Xoşbəxtlər quşu”, Ağaddin Babayevin “Kal oğlanın sərgüzəştləri” əsərlərinə səhnə həyatı veriləcək.

Rejissor deyir ki, uğurlarımız bununla bitmir, qarşıda bizi səfər gözləyir. İsgəndər Coşqunun “ Çal oyna” tamaşası ilə Özbəkistana qastrol səfərinə çıxacağıq. Həm də bu il teatrımızın  yaranmasının 50 illik yübleyini qeyd edəcəyik.

Nəhayət ki, reportajin sonuna gəldik, amma  vaxtın necə keçdiyini bilmədim yazsam dodaq büzməyin. Mən Salyanda rejissor teartı gördüm!

Qeyd edək ki, kollektiv artıq Özbəkistanda qastrol səfərdədir.










Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

End of content

No more pages to load

RADİO