Xalq artisti, kinorejissor və ssenarist Vaqif Mustafayev ölkə mədəniyyətinə adlarını qızıl həriflərlə yazdıran sənətkarlarla bağlı diqqət çəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, 70 yaşlı sənətkar Xalq artistləri Nəsibə Zeynalova, Yaşar Nuri, Mirzə Babayev, Arif Quliyev, Eldəniz Zeynalov, İlham Namik Kamal, Fəxrəddin Manafov, Əməkdar mədəniyyət işçisi, AzTV-nin keçmiş diktoru Telli Pənahqızı ilə illər əvvəl çəkilmiş xatirə fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Sözügedən şəkil Azərbaycan Televiziyasının çəkilişlərinin birində lentə alınıb.
Rəşad Əliyev, Bizim.Media