“Qəlbin naxışları” – Rəssam Milena Nəbiyevanın sərgisi KEÇİRİLƏCƏK – FOTO   

Xeyriyyəçilik, və ya daha alicənabcasına ifadə etsək, incəsənətə himayədarlıq, şübhəsiz ki, bəşər sivilizasiyasının ən xeyirxah və ən ali nailiyyətlərindən biridir.

Biz bir-birimizə zərurətlə əlaqədar deyil, məhz öz məramımız naminə kömək edirik. Çağdaş dünyamızda xeyriyyəçilik uzun illərdir geniş vüsət aldığından, bu fenomen cəmiyyətin sağlam həyatının tərkib hissəsi olmaqla təzahür edir.  

Məsələyə digər tərəfdən yanaşsaq, hər birimizin daxili aləmində çağlayan yaradıcılıq ehtimal ki, bizi dünyamızdan tamamilə başqa bir aləmlə təmasa girməyə sövq etdirir və o, həmin an bizi həmin aləmin fərqli ab-havası ilə nəfəs aldırır.  
Xeyriyyəçilik – başqa bir insan ilə təmas zamanı həmin insanı arzuladığınız keyfiyyətlərə nail etdirmək və onu adidən aliyə doğru təkmilləşdirmək hisslərindən qaynaqlanır. Lakin bununla belə, yaradıcılıq hər şeydən və hamıdan öncə, fərdin öz-özü ilə dialoqundan və öz daxili aləmi ilə təmasından başlayır.

Bu, daxilində cərəyan edən və ali hisslərdən qaynaqlanan sualların eynilə daxilən cavablandırılmasında özünü büruzə vermiş olur.  

Çünki daxili təmas və dialoq bir cismin iki zərrəsidir. Başqa sözlə desək, yaradıcılığın təzahürü hansısa qazanc əldə etmək niyyətinə deyil, əksinə, fərdin daxilində olanları xarici aləmə car çəkməklə, bu ülviyyəti bəşərə ərməğan etməyə və xeyirxahlıq kimi ali hissləri dönə-dönə yaymağa xidmət edir. 

Görkəmli rəssam, YUNESKO-nun nümayəndəsi, Təbiəti Mühafizə Cəmiyyətinin sədr müavini, “Həyata ümid” Xeyriyyə Fondunun rəhbəri Milena Nəbiyeva özünəməxsus duyğuları, dünyagörüşü, təcrübə və hissləri ilə həqiqi yaradıcı insandır və o, özünün heyrətamiz dərəcədə hərarətli, məhəbbət və şəfqət dolu hisslərindən süzülən qəlbinin işığı ilə kətan üzərində bu ülviyyətin bariz təcəssümünü məharətlə əks etdirir.  

Milena Nəbiyevanın rəsmləri fırça ustalarının heç də hamısının əsərlərində rast gəlinməyən, qavrayışa tam məlum olmayan bir enerjidən rövnəqlənir. Bu əsərlər ətraf aləmdəki gözəllikləri və füsunkarlıqları açıq ürəklərə duyduduran, təsirləndirən və nəhayətsiz olaraq təəssüratlandıran bir keyfiyyətə malikdirlər.   

Milena Nəbiyeva tamamilə fərqli, özünəməxsus çoxçeşidliliyi ilə analoqu olmayan bir palitradan çıxış etməklə, hər bir seyrçini onun qəlbinin təntənəsi olan mənzərələr, eskizlər və natürmortlarla öz aləmində yaşadır, heyranlıqlara qərq edir və seyrçilər bu tablolardakı aləmlərə baş vurmaqla, onların harmoniyası ilə nəfəs almağa başlayırlar.   
Sənətsevərləri 19 sentyabr saat 20:00-da QGallery qalereyasında Milena Nəbiyevanın “Qəlbin naxışları” adlı fərdi sərgisinin açılışına dəvət edirik. Sərgidə rəssamın 20-dən artıq rəsm əsəri nümayiş olunacaq. Sərgi, 21 sentyabr 2023-cü il tarixi də daxil olmaqla davam edəcək. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aldığı zədə karyerasını bitirə bilər

Aldığı zədə karyerasını bitirə bilər

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

End of content

No more pages to load

RADİO