"Torpağı Vətən edənlər..." - Zahir Məliklinin yeni kitabı Yardımlı şəhidlərinə həsr olunub - FOTO

Pedoqoq, tərcüməçi, rəssam-heykəltaraş Zahir Məliklinin "Torpağı Vətən edənlər" adlı yeni kitabı işıq üzü görüb.

Bizim.Media xəbər verir ki, kitab I və II Qarabağ müharibələrində şücaətlər göstərən Yardımlı şəhidlərinə həsr olunub. 

Qeyd edək ki, Vətən müharibəsinə qədər Qarabağ münaqişəsində Yardımlı 75 şəhid verib. II Qarabağ müharibəsində isə Yardımlı Səfərbərlik Xidmətindən yola salınanlardan 25 nəfər şəhid olub, 120 nəfər yaralanıb. Yaralananlardan 25 nəfərə əlillik təyin olunub. 
Yardımlı şəhidlərindən 21 nəfəri həqiqi hərbi xidmətdə olan əsgər və hərbi qulluqçu, 4 nəfəri – Tural Aslanov, Elməddin Talıbov, Şamil Mirzəyev və Rüstəm Eminli isə qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Prezidentinin 28 sentyabr 2020-ci il tarixli sərəncamına uyğun olaraq orduya çağırılanlardır. 

Vətən müharibəsində Yardımlının ən çox şəhid verən kəndləri isə Zevin və Kürəkçi kəndləridir. Zevin kəndindən 5, Kürəkçidən isə 4 nəfər şəhid olub. 

Z.Məliklinin "Torpağı Vətən edənlər" kitabında 37 şəhidimizin döyüş yolundan bəhs olunub. 

Kitabda həmçinin 2017-ci ildə şəhid olan əfsanəvi kəşfiyyatçı, baş leytenant Şahlar Nəzərovun xidmətləri, onunla bağlı xatirələr də yer alıb. Onu da vurğulayaq ki, Ş.Nəzərovun qəhrəmanlığı və şəhadəti rayon gəncləri arasında vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəlməsində müstəsna rol oynayıb. Təsadüfi deyil ki, kitabda haqqında bəhs olunan şəhidlərin əksəriyyəti hərbi xidmətə gedərkən Şahlara oxşamaq arzusunda olduqlarını bildiriblər. 

Z.Məliklinin bildirdiyinə görə, müharibənin ağrı-acısı onların da ailəsindən yan keçməyib. 

Belə ki, müəllifin dayısı oğlu Səyyar Şabiyev I Qarabağ müharibəsi zamanı canını doğma torpaqlarımız ugrunda fəda edib."Torpağı Vətən edənlər" kitabında şəhid Səyyar Şabiyevin qəhrəmanlıqlarla dolu döyüş yolu da əks etdirilib. 

Bundan başqa müəllif kitabda Ermənistanın 2022-ci il sentyabr təxribatı zamanı şəhid olan 3 şəhidimizdən də bəhs edib. 

Beləliklə, yüksək keyfiyyətlə, nəfis tərtibatla nəşr olunan "Torpağı Vətən edənlər" kitabında 37 tale, 37 həyat hekayəsi və döyüş yolu ilə tanış olacaqsınız. 
Qeyd edək ki, Zahir Məlikli "Yerlə göy arasında", "O və yerdə qalanlar", "Enmək təhlükəsi" kitablarının müəllifidir. O, həmçinin bir sıra kitabları dilimizə tərcümə edib. (BakuPost) 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Qətərin ən böyük qaz kompleksini yenidən vurdu – VİDEO

İran Qətərin ən böyük qaz kompleksini yenidən vurdu – VİDEO

BİZİM TƏQVİM:Martın 19-da baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Martın 19-da baş vermiş tarixi hadisələr

Aldığı zədə karyerasını bitirə bilər

Aldığı zədə karyerasını bitirə bilər

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

End of content

No more pages to load

RADİO