Lənkəran Dram Teatrındakı QALMAQALA direktordan REAKSİYA – “9 illik təhsili olduğu üçün anlayışı yoxdur”

Lənkəran Dövlət Dram Teatrının aktyoru Amil İbrahimlinin işdən kənarlaşdırıldığı iddia olunur. Aktyorun saytımıza bildirdiyinə görə teatr daxilində baş verən özbaşınalıqları ortaya çıxardığı üçün rəhbərlik tərəfindən əsassız yerə işdən çıxarılıb.  

Bizim.Media-ya açıqlamasında Lənkəran Dövlət Dram Teatrının direktor əvəzi İntiqam Hacılı məsələyə aydınlıq gətirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəran Dram Teatrında QALMAQAL – Özbaşınalıqları ifşa edən aktyor İŞDƏN UZAQLAŞDIRILDI


Aktyorun işdən çıxarılmasını təkzib edən direktor Amil İbrahimlinin yalan informasiya ilə mətbuata çıxdığına təəccübünü də gizlətməyib:

“Amil İbrahimli işdən çıxarılmayıb. Özünə də bununla bağlı məlumat verilib. Sadəcə olaraq o, teatrda nizam-intizam qaydalarını pozduğuna görə fevral ayında şifahi xəbərdarlıq, aprel ayında isə töhmət alıb. Məşqlərə gecikib. Baş rejissorun otağına daxil olaraq trubba müdiri ilə kobud rəftar və mübahisə edib. Son dönəmlərdə isə ümumiyyətlə məşqlərə gəlmədiyinə görə şiddətli töhmət alıb və məsələ həmkarlara çıxarılıb. 

Amil İbrahimli Həmkarlar İttifaqının iclasında iştirak edib. Onun 9 illik təhsili var. Yəqin təhsili ona imkan verməyib ki, o anlasın ki, məsələ həmkarlara çıxarılanda oradakı üzvlər əslində işçini müdafiə edir. Teatrın nəzdindəki Həmkarlar Təşkilatı onun məşqə gəlməyərək teatrın iş prinsipinə vurduğu ziyanla bağlı məsələyə baxıb və rəhbərlikdən işçinin bağışlanmasını istəyib. Amil İbrahimli isə onun haqqında trubba müdirinin yazdığı təqdimata qarşılıq olaraq üzrxahlıq izahatı yazıb. Trubba rəhbəri və rejissor assenti tərəfindən yazdığı üzrzahlıq qəbul edilib. 

İşdən çıxarılsaydı, bu barədə onun özünə qanuni şəkildə bidirilərdi. Amil İbrahimlini məndən əvvəl teatrın yardım heyətinə aktyor kimi götürüblər. Biz əslində 9 illik təhsili olsa da, bu cür həvəsi olan insanlara güzəşt edib işdə saxlayırıq. Həm yaşadığı şəhərdə maaş alıb dolanır, həm də teatrda epizotik rollarda oynayır. Amil İbrahimli ilə kimin nə problemi ola bilər ki?”

Aktyorun hazırda məzuniyyətdə olduğunu vurğulayan İntiqam Hacılının sözlərinə görə bir neçə gün əvvəl özü də Amil İbrahimli ilə əlaqə saxlayıb: 

“Maraqlıdır, niyə Amil İbrahimli mətbuata dezinformasiyalar verir? Məqsədi nədir? Yəqin ki, sentyabr ayında o, işə gələndə ondan soruşulacaq. O da Azərbaycanın vətəndaşıdır. Ola bilər gəncdir, yaşı və təhsili bəzi prosesləri anlamağa imkan vermir. İnanıram ki, o, öz səhvini başa düşər və iza edər ki, nəyə görə belə edib. 

İşdən çıxarma elə bir prosesdir ki, ona birbaşa olaraq direktor qərar verə bilmir. Müəssisənin nizamnaməsinə, nizam-intizam qaydalarına Əmək Məcəlləsində əks olunan qaydalara uyğunsuzluq hərəkət o qədər çoxalır ki, artıq qanunla işçini işdən azad edir. İlk səhv edən işçini işdən çıxarmırlar axı...Ola bilər kimsə ona izah edib ki, “şiddətli töhmət almısan, səni işdən çıxaracaqlar”. 

Çox güman ki, Əmək Məcəlləsindən o dərəcədə anlayışı yoxdur. 21 iyulda ona bir daha bildirmişdik ki, üzrxahlıq izahatı qəbul olunub və Həmkarlar Təşkilatı onun işdə qalmasını təmin edib”. 

Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının adı dəfələrlə qalmaqallarda çəkilib.  İddialara görə bu ilin yanvarında baş rejissor və aktyor heyəti arasında ciddi qalmaqal yaranıb. Tərəflərin bir-birlərinin üzərinə qayçı ilə hücum çəkdikləri bildirilir.  

İntiqam Hacılı sözügedən məsələyə də münasibət bildirib. O, deyib ki, yanvarın 17-də teatrın rəhbərliyində dəyişiklik olub və təhvil-təslim prosesi gedib:

“Yəni teatrın əmlakı köhnə rəhbərlikdən yeni rəhbərliyə təhvil verilib. Həmin vaxtı heç bir tamaşanın məşqi getməyib ki, baş rejissor aktyorlarla münasibətdə olsun və hansısa qalmaqal baş versin. Baş rejissorla aktyorlar arasında bir proses onda baş verir ki, hansısa bir tamaşanın məşqi gedir. Həmin vaxtı da teatrımızda təhvil-təslim işləri gedib. Necə ola bilər ki, baş rejissorla aktyorlar arasında problem olsun? Yanvar deyil, fevral, mart, aprel və ya iyul olsun... Hansısa müəssisədə qalmaqal varsa, bunu edənlər çıxıb açıqlama versinlər”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Qətərin ən böyük qaz kompleksini yenidən vurdu – VİDEO

İran Qətərin ən böyük qaz kompleksini yenidən vurdu – VİDEO

BİZİM TƏQVİM:Martın 19-da baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Martın 19-da baş vermiş tarixi hadisələr

Aldığı zədə karyerasını bitirə bilər

Aldığı zədə karyerasını bitirə bilər

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

End of content

No more pages to load

RADİO