Şuşada Vaqif Poeziya Günlərinin açılışı OLDU - FOTO

İyulun 14-də Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə Vaqif Poeziya Günlərinin açılışı olub.

Bizim.Media xəbər verir ki, açılış mərasimində dövlət və hökumət nümayəndələri, respublikanın tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar, şairlər iştirak ediblər.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək, Şuşada belə bir möhtəşəm tədbirdə iştirakdan məmnun olduğunu ifadə edib.


Vaqif Poeziya Günlərinin hər il təşkil olunduğunu söyləyən Xalq yazıçısı görkəmli şair Molla Pənah Vaqifin yaradıcılığından söz açıb:

“Biz fəxr edirik ki, öz mövqeyindən dönməyən Nəsimi, Vaqif, Mikayıl Müşfiq, Hüseyn Cavid kimi şairlərimiz olub. Bizim şairlərimiz, yazıçılarımız həmişə belə olublar. Bu gün biz böyük şairimizin məqbərəsinə toplaşmışıq. Azərbaycan Yazıçılar Birliyi adından hər birinizə təşəkkür edirəm, ona görə ki, bu, dövlətin, xalqın qiymətidir.

Belə ədiblər olmasaydı, bu gün Azərbaycan ədəbiyyatı olmazdı. Nə qədər insan Şuşaya gəlmək istəyir. Ona görə ki, Şuşa Azərbaycanın ürəyidir. İnanıram ki, burada keçirilən bu bayramlar əbədi olacaq və düşmənin ayağı heç vaxt bu torpaqlara dəyməyəcək”.


Türk Ədəbiyyat Vəqfinin rəhbəri Serhad Kabaklı Şuşada Vaqif Poeziya Günlərinə dəvət olunmasından qürur hissi keçirdiyini deyib və tədbirin təşkilatçılarına təşəkkür edib.

Şuşanın işğaldan azad olunduğu günlərdə Bakıda olduğunu və burada gördüyü möhtəşəm qələbə sevincini ömrü boyu unutmayacağını bildirən Serhad Kabaklı deyib:

“Həmin gün Bakının küçələrində Azərbaycan və Türkiyə bayraqlarının insanlar tərəfindən böyük coşqu və sevgi ilə dalğalandığını görmək olduqca sevincli idi. Gördüklərimdən o qədər duyğulanmışdım ki, göz yaşlarıma hakim ola bilmədim. İstanbula döndükdən sonra “Şükür” namazı qıldım və dua etdim ki, Allah mənə Şuşada da bu namazı qılmağı nəsib etsin. Çox şükür ki, Allah bunu mənə nəsib etdi.


Bu gün Şuşada Vaqif Poeziya Günlərində aldığım unudulmaz hisləri ürəyimdə yenidən Türkiyəyə daşıyacağam. Bundan çox qürurluyam”.

Sonra çıxış edən Xalq şairi Vahid Əziz, Özbəkistanın Xalq artisti Xurşud Davron, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Rəşad Məcid, şair-tərcüməçi Səlim Babullaoğlu Şuşanın füsunkarlığı, qeyri-adi təbiəti, bənzərsizliyi, beynəlxalq tədbirlərin ünvanına çevrilməsi və “Türk dünyasının mədəniyyət paytaxtı” kimi önəmli yer tutması barədə danışıblar.

Sonra vətənpərvərlik mövzusunda, eləcə də əziz Şuşaya həsr olunmuş şerlər səsləndirilib.

Tədbir respublikanın tanınmış sənət adamlarının konsert proqramı ilə davam edib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Turan Tovuz” bu legioneri klubdan GÖNDƏRƏCƏK

“Turan Tovuz” bu legioneri klubdan GÖNDƏRƏCƏK

Xəzər dənizində İranın 5 gəmisi vuruldu – ANBAAN VİDEO

Xəzər dənizində İranın 5 gəmisi vuruldu – ANBAAN VİDEO

Ömür uzunluğunun daha bir SİRRİ AÇILDI

Ömür uzunluğunun daha bir SİRRİ AÇILDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək

Bu gün qısa iş GÜNÜDÜR

Bu gün qısa iş GÜNÜDÜR

Bacısı Aygün Bəylərin vəsiyyətini AÇIQLADI

Bacısı Aygün Bəylərin vəsiyyətini AÇIQLADI

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Bakının bu ərazisində ilk dəfə yeni svetoforlar quraşdırıldı

Bakının bu ərazisində ilk dəfə yeni svetoforlar quraşdırıldı

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Cibləri pul ilə dolacaq 3 bürc

Cibləri pul ilə dolacaq 3 bürc

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Sabahdan 11 günlük tətil başlayır

Sabahdan 11 günlük tətil başlayır

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

"Brent" nefti 112 dollara qədər bahalaşdı

"Brent" nefti 112 dollara qədər bahalaşdı

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

End of content

No more pages to load

RADİO